Məhkəmə qərarları › İş №3(043)-163/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-163/2020

10.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-163/2020 10.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, x5 iclas katibliyi, barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Samux rayonunda anadan olmuş, subay, ali təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 20.10.2019-cu il tarixdə saat 13:15 dəqiqədə, sürücü- 21,02.1979-cu ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Samux rayonunun Qarayeri qəsəbəsində yaşayan Şəxs, ayıq vəziyyətdə sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi «MERCEDES BENZ minik» markalı, ** VS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə-Qarayeri avtomobil yolunun 1-ci kilometrliyində Samux rayonu Qarayeri qəsəbəsi istiqamətinə hərəkətdə olarkən Maye Yanacaq doldurma məntəqəsinin bərabərliyində, diqqətsizlik edərək idarə etməni itirib əks hərəkət zolağına çıxaraq əks istiqamətdən hərəkətdə olan sürücü-1981-ci il təvəllüdlü, Gəncə şəhəri 3-cü mikrorayon, ev 22B, mənzil 22-də yaşayan x2 hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi «VAZ-21063 minik» markalı, ** CM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə toqquşmuş, bundan sonra «VAZ-21063 minik» markalı avtomobilin arxa tərəfindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan sürücü- 24.02.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, AR-sı vətəndaşı, ailəli, ali təhsilli, Samux rayonunun Qarayeri qəsəbəsində yaşayan x1 hüququ olmaqla özünə məxsus idarə etdiyi MERCEDES BENZ markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə VAZ-21063 minik markalı avtomobilin arxa sol künc hissəsindən toqquşmasına səbəb olmaqla VAZ-21063 minik markalı avtomobilin sürücüsü x6 alt çənə nahiyyəsinin yarası, hər iki diz qapağının sıyrıqları, sağ iç topuq nahiyyəsinin qançırı qismində sağlamlığına yüngül zərər vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Gəncə şəhər DYPŞ-nin əməkdaşı, polis kapitanı x3 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 21.02.2020-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gəncə şəhər DYPŞ-yə məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər DYPŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Gəncə şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 2005-ci ildən sərbəst şəkildə avtomobil idarə edir, o vaxtdan da sürücülük hüququna malikdir. O, etibarnamə əsasında qardaşı x7 məxsus olan MERCEDES BENZ CLK 230 minik markalı, ** VS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edir. 20 oktyabr 2019-cu il tarixdə saat 13 radələrində o, həmin avtomobili idarə edib Gəncə şəhərindən yaşadığı Qarayeri qəsəbəsi istiqamətinə hərəkətdə olmuş, avtomobili o, özü idarə etmiş, yanında heç kəs olmamışdır. O, Maye Qaz yanacaq doldurma məntəqəsinin yaxınlığına çatanda bir də baxmış ki, avtomobilin salon hissəsində iri böcək vardır, o, həmin böcəyin avtomobilin salonundan çıxarılmasına başı qarışmış, bir də gözünü açmış ki, əks hərəkət zolağına çıxaraq Qarayeri qəsəbəsindən gələn VAZ- 2106 markalı, ** CM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur, həmin avtomobilin arxa tərəfindən gələn MERCEDES BENZ markalı avtomobil də gəlib VAZ- 2106 markalı avtomobilin arxa tərəfinə çırpılmışdır. Zərbə nəticəsində o, heç bir xəsarət almamış, VAZ- 2106 markalı avtomobildə təkcə sürücü, əvvəllər tanımadığı, sonradan adını Xaliq kimi tanıdığı şəxs yüngülvari xəsarət almış, MERCEDES markalı avtomobilin sürücüsü, həmkəndlisi Samir isə heç bir xəsarət almamışdır. O, tez hadisə yerinə x12 avtomobili çağırmış, ona qədər özü də sürücüyə müəyyən yardım göstərmişdir, Xaliqi Təcili yardım avtomobili ilə Gəncə şəhəri x12 xəstəxanasına yola salmışdır. Sonra o, və Samir hadisə yerinin baxışında iştirak etmişlər, onun, Samirin və sonradan Xaliqin də sərxoşluqları yoxlanılmış, heç biri heç bir spirtli içki qəbul etməmişdilər. Hadisənin baş verməsinə səbəb onun diqqətsizliyi, onun başının salonda böcəyin çıxarılmasına qarışması, diqqətinin yayınması olmuş, günah onda olmuşdur. O, VAZ-2106 markalı avtomobilin gəlməsini görməmiş, başı salondan böcəyin çıxarılmasına qarışmış, o, VAZ- 2106 markalı avtomobilin gəlməsini əvvəlcədən görməmiş, gəldiyi kimi də bilmədən, diqqətsizliyi ucbatından əks yola çıxıb toqquşmuşdur. O, avtomobili təxminən 50-60 km/saat sürəti ilə idarə etmiş, digər avtomobillərin gəlməsini görmədiyi üçün, diqqət yetirmədiyi üçün hansı sürətlə gəlməsini, arxadan gələn MERCEDES markalı avtomobilin çırpılmasını görə bilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır və onun sığortası tərəfindən zərərçəkmiş şəxslərə dəymiz zian tam şəkildə ödənilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh yəni cərimə tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan inzibati xəta haqqında materiala baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş, Məhkəmə-tibb ekspertizasının 02.11.2019-cu il tarixli 1748 nömrəli aktından görünür ki, vətəndaş x6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alt çənə nahiyyəsinin yarası, hər iki diz qapağının sıyrıqları, sağ iç topuq nahiyyəsinin qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni, 20.10.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş, 04 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərəkhesab edir ki,toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cimaddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimənövündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən: imza var Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar