Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-164/2020 06.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs x1, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin nümayəndəsi x4 iştirakı ilə, Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayevin 06 fevral 2020-ci il tarixli 04/20 nömrəli inzibati tənbeh vermə haqqında qərarından x1 verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: x3 onun barəsində Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 fevral 2020-ci il tarixli 04/20 nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən x3 bildirdi ki, barəsində qəbul edilmiş qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, Kəpəz rayon icra Hakimiyyətinin 04/20 № qərarı Azərbaycan Respublikasının Qanunlarına zidd tərtib edilmişdir. Buna səbəb o, heç vaxt N.Nərimanov prospekti 89 ünvanda yaşayıb qeyri qanuni tikinti aparmamışdır. Gəncə şəhəri Baş Memarlıq idarəsinin göndərdiyi məktub heç bir əsasa uyğun deyildir. Eyni zamanda Gəncə şəhəri Baş Memarlıq idarəsinin göndərdiyi, icazəsiz evə daxil olub evin foto şəkillərini çəkən şəxs memarlıq idarəsinin əməkdaşı deyildir. (şəxsin foto şəkli ərizəyə əlavə olunur). Azərbaycan Respublikası DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsinin mənzil haqqında verilən texniki pasport da olduğu kimi mənzildə heç bir dəyişiklik edilməmişdir. Qeyd edilənlərə əsasən həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun yaşadığı mənzil əri x2 adınadır və həmin mənzilin ünvanı ünvan 2 və həmin mənzilin kanalizasiya xətti mərkəzləşmiş kanalizasiya xəttinə qoşulub. Məhkəmə iclasında Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin nümayəndəsi x5 çıxışında bildirdi ki, qonşuların şikayəti əsasında Gəncə şəhəri N.Nərimanov prospekti 89 ünvanda yerləşən mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, küçəyə pilləkən qoyulmuş, kanalizasiya çölə axıdılır. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 06 fevral 2020-ci il tarixli 04/20 nömrəli qərar ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şikayətə əlavə edilmiş 06 fevral 2020-ci il tarixli 04/20 saylı qərarın surətindən məlum olur ki, həmin qərar Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti bacısının müavini Qurban Rzayev tərəfindən qəbul edilmiş, qərara əsasən x3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsi iki hissədən ibarət olmaqla 395.1-ci və 395.2-ci maddələri ayrı-ayrı inzibati xəta tərkibləri yaradır və hər birinin sanksiyasında müəyyən edilmiş tənbeh də fərqlidir. Lakin qərardan x1 bu maddələrdən hansı ilə tənbeh edildiyi aydın olmur. Qərarda inzibati xətanın törədilmə vaxtı və yeri, inzibati xətanın mahiyyəti, x1 inzibati xətanı törətməkdə təqsirli olmasının hansı sübutlarla təsdiq olunduğu və onun yaşadığı mənzilin ünvanı düzgün qeyd edilməməklə nə kimi işlərin görülməsi, tikinti işləri kim tərəfindən aparılması və mənzilin mülkiyyətçisinin kim olması göstərilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, x1 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, işin bütün faktiki halları araşdırılmadan İXM-in tələblərinə uyğun olmayan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü və 115.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev tərəfindən qəbul edilmiş 06 fevral 2020-ci il tarixli 04/20 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-164/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-164/2020
06.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver