Məhkəmə qərarları › İş №3(043)-164/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-164/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-164/2021 08.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gədəbəy rayonu Yol Patrul Xidmətinin inspektoru tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X4 xüsusi karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Gədəbəy Rayonu Yol Patrul Xidmətinin Baş inspektoru polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan X2 şəhəri Kəpəz rayon Məhkəməsinə şikayət verərək, həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayət aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının x xxxxx 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şikayətə əlavə edilmiş AZE 16849203 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Moruxlu kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, X3 yaşayış yeri Gədəbəy rayonu ərazisində yerləşdiyindən, hazırki inzibati xəta haqqında işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Gədəbəy Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara alır: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair Gədəbəy rayonu, Yol Patrul Xidməti inspektoru tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar