Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-165/2021 08.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş-leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakları ilə; xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, azadlığın məhdudlaşdırılması cəzasını çəkən, ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X5, Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X8, Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN 0993025, ******* və ******* nömrəli protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokollarda qeyd edilir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrindən xx.xx.2021-ci il saat 10:30 radələrindən olan vaxt ərzində Gəncə şəhəri 1-ci mikrorayon, bina 6 A, mənzil 5-də yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı binanın qarşısında saxladığı “VAZ-2106” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nömrəli avtomobildən 1 ədəd 80 (səksən) manat dəyərində akkumulyator oğurlamışdır. Bundan əlavə Şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2106” markalı avtomobildən 1 ədəd 70 (yetmiş) manat dəyərində akkumulyator oğurlamışdır. Daha sonra Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, F.Əmirov küçəsi, bina 26, mənzil 8-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nömrəli avtomobildə 1 ədəd 75 (yetmiş beş) manat dəyərində akumlyator və 1 ədəd 70 (yetmiş) manat olan “Sony” markalı maqnitofon oğurlamışdır. Bununla da onun tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X8 oğlu çıxış edərək bildirdi ki, qeyd olunmuş inzibati xətaların Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından hər üç material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlamış və 20-22 manata satmışdır. Daha sonra xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nömrəli avtomobildə akkumulyator və maqnitofon oğurlamış və 20-22 manata satmışdır. Bir maqnitofon olmuşdur və onu da tanıdığı adama vermişdir. Daha sonra 20 manat pul verib götürmüşdür. Bundan əlavə Zərərçəkmiş şəxs3 məxsus VAZ- 2106” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nömrəli avtomobilin akkumulyatorunu oğurlamış və onu 20-22 manata satmışdır. Ümumi bir yerdə 90 manat pul əldə etmişdir. Anası dializ xəstəsidir və ona görə pul lazım olmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yaxınlığında tikintidə işləyir və pulunu almamışdır. Həmin zaman isə ona 100-150 manat pula ehtiyacı olmuşdur. Törətdiyi əməldən peşmandır və hazırda iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəyərək onlarla barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş maddi ziyanı Şəxs tərəfindən tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barışıq əldə olunduğunu bildirdi, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş maddi ziyanı Şəxs tərəfindən tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barışıq əldə olunduğunu bildirdi, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində xilasetmədə işləyir. xx xxxxxx 2021-ci il tarixdə axşam simendən evə gəlmişdir. Səhər durub işə getmək istəyən zaman akumlyatorun və maqintafonun olmadığını görmüşdür. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək, ona dəymiş maddi ziyanı Şəxs tərəfindən tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barışıq əldə olunduğunu bildirdi, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarın surətindən görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi 1 -ci döngə bina 7, mənzil 35-də yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı binanın qarşısında saxladığı özünə məxsus VAZ-2106 markalı ağ rəngli ** DV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən 1 ədəd dəyəri 70 (yetmiş) manat olan “Bars” markalı akkumulyatoru, Gəncə şəhəri F.Əmirov küçəsi bina 26, mənzil 8-də yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısında saxladığı ona məxsus VAZ-2106 markalı bejeviy rəngli ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən 1 ədəd dəyəri 75 (yetmiş beş) manat olan markasını xatırlamadığı akumlyatoru və 1 ədəd dəyəri 70 (yetmiş) manat olan Sony markalı maqintafonu və Gəncə şəhəri 1-ci mikrorayon bina 6A, mənzil 5-də yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı binanın qarşısında saxladığı VAZ-2106 markalı bejeviy rəngli ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən 1 ədəd dəyəri 80 (səksən) manat olan markasını xatırlamadığı akkumulyatoru oğurlamaqla Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini və onlarla barışmasını, eləcə də İXM-in yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-in 53.0.10-cu maddəsinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-165/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-165/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver