Məhkəmə qərarları › İş №3(043)-167/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-167/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-167/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət X3 Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus un dəyirmanında xx.xx.2021-ci il tarixdə yanğıntexniki müayinəsi aparılan zamanı X1 № 01-2001 bənd 1.9.1, 1.9.12; bənd 2.1, 2.4; bənd 4.4; bənd 5.2; bənd 6.5, 6.7; bənd 8.3, 8.4; bənd 9.1, 9.3, 9.7; bənd 10.4; bənd 3.6.1, 3.15; bənd 5.12; bənd 6.2, 6.7.2, 6.7.4 bəndlərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyəti orqanın nümayəndəsi X5 izahatında bildirdi ki, Gəncə Regional Dövlət X4 əməkdaşları tərəfindən Şəxs MMC-də plan üzrə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı bir neçə qanun pozuntuları aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Törədilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs MMC-nin barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X7 izahatında bildirdi ki, müəssisə tərəfindən həqiqətən inzibati xəta haqqında protokolda qeyd edilən pozuntulara yol verilmişdir. Lakin, həmin pozuntuların qısa müddət ərzində aradan qaldırılması üçün lazımi tədbirlər görülməkdədir. Odur ki, MMC barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, 0150 nömrəli qərarından görünür ki, illik plana əsasən Şəxs MMC -də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, yuxarıda qeyd edilən yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli 0150 nömrəli yanğın texniki müayinə aktından görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən ün dəyirmanında müayinə aparılan zaman X1 № 01-2001 bənd 1.9.1, 1.9.12; bənd 2.1, 2.4; bənd 4.4; bənd 5.2; bənd 6.5, 6.7; bənd 8.3, 8.4; bənd 9.1, 9.3, 9.7; bənd 10.4; bənd 3.6.1, 3.15; bənd 5.12; bənd 6.2, 6.7.2, 6.7.4 bəndlərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması onun nümayəndəsinin etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar