Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-169/2022 21.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayevin 05 aprel 2021-ci il tarixli, 09/21 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin İnzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli 09/21 nömrəli qərarının xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********45-05101-093014 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli Çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2018-ci il tarixli 30838 inventar nömrəli, **********45-05101-093014 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasportu”na əsasən Gəncə şəhəri Kəpəz rayonu 3-MKR, 11 saylı evin 3 saylı mənzili tam mülkiyyət hüququ ilə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 08 fevral 2018-ci il tarixli 30838 inventar nömrəli, **********45- 05101-093014 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasportu”nda çəkilmiş çertyojda mənzilin qarşı tərəfində yerləşən eyvan 2 metr enində, 6 metr uzunluğunda göstərilmişdir. Ondan əvvəl mənzilin sahibi eyvanın həmin ölçüdə artırılmasına dair icazə almışdır. Mənzili aldıqdan sonra o çertyoja uyğun olaraq 2018-ci ildə eyvanı 2 metr enində və 6 metr uzunluğunda artırmışdır. Qeyd edilən artırmanın binanın sakinlərinə və ya qonşulara heç bir maneçiliyi yoxdur. 22 fevral 2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən ona mesaj göndərilərək İcra İdarəsinə dəvət edilmişdir. O da 01 mart 2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə getmişdir və İcra İdarəsində ona Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin İnzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli 09/21 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunduğu, həmin qərarın icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərildiyini, qərarın icra olunması üçün onun qeydiyyatda olduğu ünvan 1 ünvanına bildiriş göndərildiyi bildirilmişdir. O qeyd olunan ünvanda qeydiyyatda olmağıma baxmayaraq, 2018-ci ildən Gəncə şəhəri Kəpəz rayonu, 3-MKR, 11 saylı evin 3 saylı mənzilində yaşayır. Ona görə də, qeyd edilən bildiriş ona rəsmi olaraq çatdırılmamışdır. O 10 mart 2020-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolun, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin İnzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli 09/21 nömrəli qərarın və bildirişin surətini 01 mart 2022-ci ildə İcra İdarəsindən götürmüşdür. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin İnzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli 09/21 nömrəli qərarı onunla əsaslandırılmışdır ki, mən heç bir icazə sənədi olmadan qanunsuz tikinti işləri aparmışdır. Halbuki, yaşadığı Gəncə şəhəri Kəpəz rayonu, 3-MKR, 11 saylı evin 3 saylı mənzilinin qarşı tərəfə baxan eyvanının 2 metr enində, 6 metr uzununda artırılmasına icazə verilmiş və qeyd edilən eyvanın həmin ölçüdə olması “Fərdi yaşayış evinin Texniki Pasportu”nda çəkilmiş çertyojda da göstərilmişdir. Həmin sənəd əsasında o qanuna müvafıq olaraq tikinti işləri aparmışdır. Buna baxmayaraq, Gəncə şəhər Kəpəz BPİ İTB-nin sahə rəisi Sübhan Cəfərov tərəfindən heç bir xəbərdarlıq edilmədən barəmdə 10 mart 2020-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Sahə rəisi Sübhan Cəfərov tərəfindən bu barədə mənə rəsmi olaraq heç bir məlumat verilməmişdir. 10 mart 2020-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol əsasında Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin İnzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli 09/21 nömrəli qərarı ilə mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Barəsində qərar çıxarılsa da, bu vaxtadək Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən bu barədə ona rəsmi məlumat verilməmiş və qərarın surəti qanunmüvafıq qaydada təyin olunmuş müddətdə ona göndərilməmişdir. Qeyd edilən inzibati xəta haqqında qərar və inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, barəsində heç bir əsas olmadan qərar qəbul edilmişdir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin İnzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli 09/21 nömrəli qərar qəbul edilsə də, həmin qərar rəsmi qaydada ona göndərilməmiş, qərardan yalnız Gəncə şəhəri üzrə İcra İdarəsinə tərəfindən çağırılarkən xəbəri olmuş və qərarın surəti icra məmuru tərəfindən ona təqdim edilmişdir. Ona görə də, o qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Gəncə şəhər Kəpəz BPİ İTB-nin sahə rəisi Sübhan Cəfərov tərəfindən İnzibati xəta haqqında protokol 10 mart 2020-ci il tarixli MN ******* nömrəli tərtib edildiyi halda, bir ildən artıq müddət keçdikdən sonra Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən İnzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli 09/21 nömrəli qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan qanunun maddəsindən də göründüyü kimi, barəsində Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən İnzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli 09/21 nömrəli qərar qəbul edilərkən qanun pozuntusuna yol verilmişdir. Bu da qeyd edilən qərarın tam əsassız və qanunsuz qəbul edildiyini sübut edir. Eyni zamanda, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən onun iştirakı olmadan, hüquq və vəzifələrim ona izah olunmadan qərar qəbul edilmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 şikayətin dəlillərini müdafiə edərək və şikayətində göstərdiyi xüsusatlarla oxşar ifadə verərək, məhkəmədən həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati xəta ilə bağlı materiallar və sübutlar məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını dinləyərək, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 10 mart 2020-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, X5 yaşadığı evin qarşısında müvafiq icra hakimiyyətinin icazəsi olmadan qanunsuz olaraq tikinti işləri aparmış və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, 09/21 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, hal-hazırda ünvan 4nvanında yaşayan 06.09.1981-ci il təvəllüdlü X5 qeydiyyatda olduğu mənzildə heç bir icazə sənədi olmadan qanunsuz tikinti işləri apardığı üçün onun barəsində Kəpəz RPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol və toplanmış material ilə birlikdə qərar qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsinə əsasən, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ki, Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən X5 yaşadığı evin qarşısında müvafiq icra hakimiyyətinin icazəsi olmadan qanunsuz olaraq tikinti işləri apardığı üçün 10 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün protokol tərtib edilərək məsulliyətə cəlb olunmuşdur və Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, 09/21 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 300 manat məbləğində inzibati cərimə olunmuşdur. Halbuki, bu halda şəxsə həmin maddə ilə sonrakı 3 ay ərzində inzibati tənbeh tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Səlahiyyətli orqan Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti ərzində X4 inzibati məsuliyyətə cəlb etməmiş, yəni sonuncu barəsində İXM-nin 395.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra tənbeh tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə olunmasına dair Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayevin 05 aprel 2021-ci il tarixli, 09/21 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə olunmasına dair Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayevin 05 aprel 2021-ci il tarixli, 09/21 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №3(043)-169/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-169/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver