Məhkəmə qərarları › İş №3(043)-170/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-170/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-170/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidmətinin Gəncə regional Dövlət X4, Dövlət yanğın nəzarəti şöbəsinin böyük inspektoru X2 iştirakı ilə, Şəxs X8 Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidmətinin Gəncə regional Dövlət yanğın nəzarəti idarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs X8 Cəmiyyəti barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidmətinin Gəncə regional Dövlət yanğın nəzarəti idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 518.1-ci maddəsi ilə inzibati xəta haqqında 01.2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan və 01.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, ünvan 1 Kimyaçılar küçəsinin kəsişməsi (köhnə kimyaçılar) ünvanında yerləşən Şəxs ASC-yə məxsus inşaat malları bazarında xx.xx.2021ci il tarixdə yanğın-texniki müayinəsi aparılan zamanı X1 № 01-2001 bənd 2.1; bənd 2.5; bənd 4.4; bənd 6.5; bənd 6.7; bənd 6.10; bənd 9.1; X1 № 03-2002 bənd 2.1.1; bənd 2.2.10; bənd 3.19.2; bənd 3.19.4; bənd 3.19.6; bənd 6.7.2 bəndlərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidmətinin Gəncə regional Dövlət X4, Dövlət yanğın nəzarəti şöbəsinin böyük inspektoru X5 izahatından bildirildi ki, Gəncə Regional Dövlət X4 əməkdaşları tərəfindən Şəxs ASC -də plan üzrə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı bir neçə X1 tələblərinə əməl edilməməsi aşkar edilmiş, bu barədə akt tərtib edilmiş, hüquqi şəxsin nümayəndəsinin hquqları izah edilmiş və onun tərəfindən akt və protocol imzalanmışdır. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqda protokol tərtib edilmiş Şəxs X8 Cəmiyyətinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, 0216 nömrəli qərarından görünür ki, illik plana əsasən Şəxs ASC də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 0216 nömrəli xx.xx.2021-ci il tarixli Yanğın-texniki müayinə aktından görünür ki, ünvan 1 Kimyaçılar küçəsinin kəsişməsi (köhnə kimyaçılar) ünvanında yerləşən Şəxs ASC-yə məxsus inşaat malları bazarında xx.xx.2021-ci il tarixdə yanğın-texniki müayinəsi aparılan zamanı X1 № 01-2001 bənd 2.1; bənd 2.5; bənd 4.4; bənd 6.5; bənd 6.7; bənd 6.10; bənd 9.1; X1 № 03- 2002 bənd 2.1.1; bənd 2.2.10; bənd 3.19.2; bənd 3.19.4; bənd 3.19.6; bənd 6.7.2 bəndlərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 1 Kimyaçılar küçəsinin kəsişməsi (köhnə kimyaçılar) ünvanında yerləşən Şəxs X8 Cəmiyyətinə məxsus inşaat malları bazarında X1 tələbləri pozulmuşdur. Bununla da, Şəxs X8 Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs X8 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs X8 Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar