Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-172/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi X8 xx.xx.2020-ci il tarixli qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis polkovnik leytenantı X10 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 göstərdi ki, xx.xx.2020-ci il tarixdə (COVİD-19) testindən keçərək Moskva şəhərinə uçuş bileti olduğundan Bakı beynəlxalq hava limanına getmək üçün Samux rayonundan Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhərinə gəlməsinin səbəbi həmin vaxt Samux rayonundan Bakı şəhərinə taksilərin işləməməsi ilə bağlı olmuşdur. Bununla bağlı həmin gün yaşadığı Samux rayonundan taksi ilə Gəncə şəhərinə gəlmiş və Gəncə şəhəri H.Əliyev prospektində “Azərittiaq” deyilən ərazidə qurulmuş karantin posunda polis əməkdaşları onları saxlayaraq sənədlərini yoxlamışdır. Əvvəlcə onların biletlərinə baxıb bir söz deməmiş, daha sonra taksi sürücüsü ilə polis əməkdaşının arasında mübahisə yaranmışdır. Bundan sonra onların barəsində də inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, polis əməkdaşına Moskva şəhərinə uçuşu barədə bileti olduğunu bildirmişdir. Buna baxmayaraq onun barəsində polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq protokola onun iştirakı olmadan baxılmış və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200 manat məbləğində cərimə edilmişdir. Protokola baxılması ilə bağlı bildiriş və inzibati tənbeh vermə haqqında qərar ona xx.xx.2021-ci il tarixdə bir zərfdə göndərilmişdir. Hansı ki, zərfdə olan bildirişdə onun protokola baxılması ilə bağlı polisə dəvət olunması tarixi xx.xx.2020-ci il göstərilmişdir. Göründüyü kimi qərar İXM-nin tələblərinin pozulması ilə qəbul edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati protokol və qərar qanunsuz tərtib edildiyi üçün qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. İş materiallara əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin polis polkovnik leytenantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş elektron biletin surətindən görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı Heydər Əliyev adına X9 X6 şəhərinə gedən U6 8412 uçuş nömrəli təyyarə reysinin sərnişini olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasında 2020ci ilin dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında qərarının 4-cü бяндиндя göstərilmişdir ki, beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşayış yerini və olduğu yeri tərk etməsinə səbəb onun beynəlxalq uçuşla bağlı üçüş biletinin olması səbəb olmuşdur. Nazirlər Kabinetinin yuxarıda istinad edilən qərarından da göründüyü kimi şəxsin beynəlxalq uçuş üçün bileti varsa əlavə olaraq hər hansı formada icazə almasına ehtiyac yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 inzibati tənbeh verilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı X8 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-172/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-172/2021
24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver