Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-182/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 10 mart 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X4 tərəfindən tərtib olunmuş 10 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 09.03.2022ci il tarixdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X4 izahatında göstərdi ki, Şəxs 09 mart 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda atası ilə mübahisə etmiş, bundan sonra onun atası Novruz Mədətov DİN-in 102 xidmətinə müraciət etmişdir. Hadisə yerinə Kəpəz RPİ-nin baş təhqiqatçısı Əli Əlizadə və polis serjantı X7 getmişdir. Şəxs polis əməkdaşlarını uzaqdan görüb qaçıb getmiş, bundan sonra Əli Əlizadə evdə N.Mədətovun izahatını alarkən Şəxs qapını açıb ucadan polis əməkdaşlarının və atasının ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Şəxs onun ictimai qaydanı pozan hərəkətlərinin qarşısı almaq istəyən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, bundan sonra polis əməkdaşları tərəfindən Kəpəz RPİ-yə gətirilib noövbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təqsirini qismən etiraf edərək izahatında bildirdi ki, 09 mart 2022-ci il tarixdə sərxoş halda olduğu üçün yaşadıqları evdə atası N.Mədətov ilə mübahisə etmiş, sonuncu yaranmış mübahisə ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Bundan sonra o evdən çıxıb getmişdir. Bir müddət sonra evə gəldikdə polis əməkdaşlarının evdə olduğunu görmüş və əsəbiləşərək atasının ünvanına söyüş söymüşdür. Bu zaman polis əməkdaşları da onun haqqında təhqiramiz ifadələr işlətdiyi üçün o da onlara söymüşdür. Daha sonra polis əməkdaşları onu yerə yıxaraq zorla avtomobilə əyləşdirmiş və polis idarəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X8 izahatında bildirdi ki, 09.03.2022-ci il tarixdə əməliyyat qrupunda olan zaman vətəndaş X2 20:14 radələrində DİN-nin 102 xidmətinə zəng edərək oğlu Şəxs evdə mübahisə etdiyini və ona məxsus avtomaşının şüşəsini sındırdığını bildirdiyi üçün o, və polis serjantı X7 hadisə yerinə getmişlər. N.Mədətov yaşadığı evdə baş vermiş mübahisə ilə bağlı izahat verərəkən sonuncunun oğlu Şəxs anidən evin həyətindən əlində olan daş parçalarını evin pəncərələrinə tərəf atmış və uca səslə söyüş söymüşdür. Onlar qapını açıb bayıra çıxarkən Şəxsla qarşılaşmış, Şəxs onları gördükdə onların üzərinə gəlmiş və ucadan söyüşlər söymüşdür. Onlar Şəxs sakitləşdirməyə və nalayiq ifadələr işlətməməyə dəvət etsə də Şəxs sərxoş vəziyyətdə yenə də öz hərəkətlərini davam etdirərək atasının, onların və ümumilikdə polis işçilərinin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra onlar Şəxs zərərsizləşdirərək avtomobilə oturtmuşlar. Avtomobildə olan zaman da Şəxs nalayiq ifadələr işlətməyə davam etmiş, Kəpəz RPİ-nin inzibati binasına gətirildikdən sonra da yenə də öz hərəkətlərini davam etdirərək ucadan nalayiq ifadələr işlətməyə davam etmiş və növbətçi hissənin iş rejimini pozmuşdur. O və digər polis əməkdaşları Şəxs döyməmiş, əksinə sonuncu isterik hərəkətlər edərək özünü ora-bura çırpmış və yerə yıxmış, polis idarəsinə getməmək üçün onlara müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin polis serjantı X1 Əli İlqar oğlu ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, 09 mart 2022-ci il tarixdə Şəxs sərxoşluq müayinəsinin nəticəsində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 09 mart 2022-ci il tarixdə saat 20:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidlərin izahatları ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan atası ilə etdiyi mübahisə zəminində sərxoş halda yaşadığı binanın qarşısında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 09 mart 2022-ci il saat 20:45-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-182/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-182/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver