Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-186/2020 18.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, x2 iclas katibliyi, “xxxxxxxxxxxx” Müstəqil Şirkətinin nümayəndəsi x1 iştirakı ilə, “xxxxxxxxxxxx” Müstəqil Şirkəti (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi «xxxxxxxxxxxx” Müstəqil Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 11000-0383/20 nömrəli, 02 mart 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri Yasamal rayonu, Ələsgər Ələkbərov, ev 93-də qeydiyyatda olan “xxxxxxxxxxxx” Müstəqil şirkətinin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 31 N6103/31 N6104 nömrə nişanlı nəqliyyat vasitəsində “Qirmizi körpü” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə səhəri, x8 Gömrük İdarəsinə göndərilmiş “Qara metaldan büzməli vərəqlərdən hazırlanmış sendviç panellər” yüklərinə dair **********6705 saylı 22.02.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək “xxxxxxxxxxxx” Müstəqil şirkəti tərəfindən gömrük orqanına təqdim edilmişdir. **********72720 saylı gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı Gəncə səhəri QƏBGİ-də aşkar olundu ki, “xxxxxxxxxxxx” Müstəqil şirkəti idxal etdiyi yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyənnaməsi təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında «xxxxxxxxxxxx” Müstəqil Şirkətinin nümayəndəsi x3 izahatında bildirdi ki, mallar yəni “Qara metaldan büzməli vərəqlərdən hazırlanmış sendviç panellər“ yükü gömrük ərazisinə gətirilməzdən əvvəl “xxxxxxxxxxxx” Müstəqil şirkəti tərəfindən elektron formada qısa idxal bəyannaməsi 18.02.2020-ci ildə tərtib edilmişdir. Lakin, qısa idxal bəyannaməsinin ödənişi 19.02.2020-ci ildə ödənmişdir. Bu səbəbə görə də qısa idxal bəyannaməsi sistemdə öz əksini tapmamışdır. Buna görə də şirkət tərəfindən gömrük qaydalarının qərəzli olmadan pozulmasını etiraf edir. İş materiallarında olan 25.02.2020-ci il tarixli raportdan görünür ki “xxxxxxxxxxxx Müstəqil” Şirkəti (VÖEN **********) ünvanına 1 (bir) avtomaşında daxil olan qara metallardan büzməli vərəqlərdən hazırlanmış sendviç panellər yükü üçün 22.02.2020-ci il tarixində **********6705 saylı GB tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmişdir. Lakin sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru x4 tərəfindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq “xxxxxxxxxxxx Müstəqil” Şirkəti tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan “xxxxxxxxxxxx” Müstəqil Şirkəti tərəfindən zavodun ünvanına gələn 1 (bir) avtomaşında daxil olan qara metallardan büzməli vərəqlərdən hazırlanmış sendviç panellər yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, “xxxxxxxxxxxx” Müstəqil Şirkəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “xxxxxxxxxxxx” Müstəqil Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: “xxxxxxxxxxxx” Müstəqil Şirkəti (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-186/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-186/2020
18.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver