Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-188/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsindən inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Cevher Tasdemirin və Dövlət Miqrasiya Xidmətinin baş inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu X6 iştirakı ilə, X12 Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cevher Tasdemir şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə olunmuşdur. Qeyd olunan inzibati hüquq pozuntusunun törədilməsində onun hər hansı təqsiri yoxdur. Belə ki, 2019-cu ilin fevral ayından oğlu Taşdemir Ali ilə birlikdə Gəncə şəhərində yaşayır. O, Gəncə şəhərində elektrik və qaynaqçı kimi fəaliyyət göstərir. Gəlini Azərbaycan Respublikasının vətəndaşı olmaqla, milliyyəti Azərbaycanlıdır. Azərbaycan Respublikası ərazisində yaşadığı müddətdə nə o, nədə ki övladı Ali Tasdemir hər hansı hüquq pozuntusuna yol verməmişdir. Onun Azərbaycan Respublikası ərazisində qalmaq üçün icazə müddətinin vaxtı xx.xx.2020-ci il tarixdə bitirmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan erməni qəsbkarlarına qarşı vətən müharibəsinə başlamışdır. Ermənilər hərbi hədəflərlə yanaşı, mülki obyektləri də, hədəfə alaraq müharibə getməyən əraziləri də, raket atəşinə tutmuşlar. Raket atəşinə tutulan ərazilərdən biri də, Gəncə şəhəri olmuşdur. xx.xx.2020-ci il tarixdə Gəncə şəhərinə 2-ci raket atıldıqdan sonra X19 onu, gəlinini və nəvəsini Ağstafa rayonu, Aşağı Göyçəli kəndinə aparmışdır. X19 isə Gəncə şəhərinə ezam olunmuş “A Haber Qlobalın” müxbiri Adil Kerimulakın köməkçisi olmuşdur. Müharibə dövründə oğlu Tərtər, Bərdə və Gəncəyə düşən raketlərinin nəticəsini bütün dünyaya çatdırmışdır. xx.xx.2020-ci il tarixdə müharibə bitdikdən sonra isə fəaliyyətini Ağdam ərazisində davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə oğlu gələrək onu icazə almaq üçün Gəncə Asan Xidmət Mərkəzinə aparmışdır. Ora gedərkən onun və oğlunun cərimə olunması göstərilmişdir. Bundan sonra oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciətlər etmişdir. Bu müraciətlər əsasında cərimə olunmalarını gecikdirmişlər və nəhayət xx.xx.2021-cil tarixdə onu və oğlunu cərimə etmişlər. xx.xx.2021-ci il tarixdə Gəncə ASAN Xidmət Mərkəzində olan Dövlət Miqrasiya Xidmətinin nümayəndəliyinə müvəqqəti yaşamaq üçün icazənin artırılmasına dair ərizə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Cevher Tasdemir şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, 1992-1993-cü illərdən Azərbaycana gəlib-gedirlər. O şəkər xəstəliyindən əziyyət çəkir, 77 yaşı var və 2019-cu ilin fevral ayından oğlu Tasdemir Ali ilə birlikdə Gəncə şəhərində yaşayır. Onun Azərbaycan Respublikası ərazisində qalmaq üçün icazə müddətinin vaxtı xx.xx.2020-ci il tarixdə bitmişdir. xx.xx.2020-ci il tarixdə isə “Vətən Müharibəsi” başlamışdır. xx.xx.2020-ci il tarixdə erməni terroru nəticəsində Gəncə şəhərinə atılan 2-ci balistik raketdən sonra X19 onu, gəlinini və nəvəsini Ağstafa rayonu, Aşağı Göyçəli kəndinə aparmışdır. Oğlu Gəncə şəhərinə ezam olunmuş “Haber Qlobal” kanalının müxbiri Adil Kerimulakın köməkçisi işləmişdir. “Vətən Müharibəsi” dövründə ermənilərin etdiyi bütün terror aktlarını dünyaya çatmışdır. xx.xx.2020-ci il tarixdə müharibə bitdikdən sonra isə fəaliyyətini Ağdam ərazisində davam etdirmişdir. xx.xx.2020-ci il tarixə oğlu gələrək onu icazə almaq üçün Gəncə Asan Xidmət Mərkəzinə aparmışdır. Ora gedərkən onun və oğlunun cərimə olunması göstərilmişdir. Bundan sonra oğlu Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciətlər etmişdir. Bu müraciətlər əsasında cərimə olunmalarını gecikdirmişlər və nəhayət xx.xx.2021-cil tarixdə onu və oğlunu cərimə etmişlər. O şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir, ona oğlu Tasdemir Ali baxır, oğlu olmadan heç yerə gedə bilmir, xəstə və yaşlı qadın olduğu üçün özünün fəaliyyət qabiliyyəti zəifdir, ona görə də ancaq oğlunun nəzarəti ilə hərəkət edə bilir. Ondan aslı olmayan səbəblərdən Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına dair icazənin alınmasına üçün icazəsinin bitdiyi vaxtda Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməmişdir. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarın qəbul edilməsini xahiş etdi. Əlavə bildirdi ki, ona heç bir yerə getmədən Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına dair icazənin alınmasının mümkün olmasına dair Dövlət Miqrasiya Xidməti tərəfindən heç bir məlumat verilməmiş, müharibə dövründə oğlu onun yanında olmamışdır. Məhkəmə iclasında Dövlət Miqrasiya Xidmətinin baş inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu X13 izahatında bildirdi ki, Cevher Tasdemirə 6 aylıq xx xxxxxxx 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq vəsiqəsi verilmişdir. Lakin həmin müddət bitdikdə Cevher Tasdemir müraciət edərək həmin müddəti uzatmamış, müvəqqəti yaşaması üçün icazə olmadan yaşamışdır. 2021-ci il yanvar ayın 7-də protokol tərtib edilmişdir. Törədildiyi vaxtdan 1 il ərzində protokol tərtib edilə bilər. Cevher Tasdemir mobil tətbiq vasitəsi ilə vaxtını 60 günədək uzada bilərdi. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ali Tasdemir ifadə verərək bildirdi ki, Cevher Tasdemir onun anasıdır. Anası şəkər xəstəliyindən əziyyət çəkir və yaşlı qadın olduğundan ancaq onun nəzarəti ilə hərəkət edə bilir. X11 Azərbaycan Respublikası ərazisində qalmaq üçün icazə müddətinin vaxtı xx.xx.2020-ci il tarixdə bitmişdir. xx.xx.2020-ci il tarixdə isə “Vətən Müharibəsi” başlamışdır. xx.xx.2020-ci il tarixdə erməni terroru nəticəsində Gəncə şəhərinə atılan 2-ci balistik raketdən sonra o məcbur olub, anasını, həyat yoldaşını və uşağını Ağstafa rayonu, Aşağı Göyçəli kəndinə aparmalı olmuşdur. O daha sonra Gəncə şəhərinə ezam olunmuş “Haber Qlobal” kanalının müxbiri Adil Kerimulakın köməkçisi işləmişdir. “Vətən Müharibəsi” dövründə Azərbaycan Respublikasının torpaq bütünlüyü uğrunda gedən döyüşlərdə Qarabağ zonasında qısa zamanda əldə edilən nəaliyyətləri və ermənilərin müharibə zonasından kənarda yerləşən şəhərlərə müxtəlif növ raketlərlə hücum edərək törətdiyi bütün terror aktlarını dünyaya çatdırmışdır. Müharibə dövründə raket atılan Gəncə, Bərdə və Tərtər şəhərlərində olmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixdə müharibə bitdikdən sonra isə fəaliyyətini Ağdam ərazisində davam etdirmişdir. Daha sonra o anası Tasdemir Cevher ilə birlikdə icazə almaq üçün Gəncə Asan Xidmət Mərkəzinə getmişdir. Lakin, ora gedərkən onun və anasının cərimə olunması göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciətlər etmişdir. Bu müraciətlər əsasında cərimə olunmalarını gecikdirmişlər və nəhayət xx.xx.2021-cil tarixdə onu və anasını cərimə etmişlər. Hesab edir ki, bu inzibati xəta anası Cevher Tasdemirdən aslı olmayan səbəblərdən baş vermiş, Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına dair icazənin alınmasına üçün icazəsinin bitdiyi vaxtda Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməmişdir Məhkəmə şikayət ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Materiallara əlavə edilmiş X8 İdarəsinin kiçik inspektoru X3 tərəfindən xx.xx.2021-ci il tarixində tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Tasdemir Cevher xx.xx.2020-ci il tarixdən etibarən etibarsız sənədlərlə Azərbaycan Respublikasında yaşadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X8 İdarəsinin rəisi X4 tərəfindən xx.xx.2021-ci il tarixində tərtib olunmuş MN № ******* saylı qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı U21337390 nömrəli pasporta malik olan xx.xx.1944-cü il təvəllüdlü Tasdemir Cevher Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Materiallara əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 0372746/M nömrəli qərarın surətindən görünür ki, Tasdemir Cevher Azərbaycan Respublikasına gəlişi Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2021-ci il tarixli və ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında göstərilən cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənilənədək qadağan edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cevher Tasdemirin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamasına dair verilmiş icazənin müddəti xx.xx.2020-ci il tarixədək olmuşdur. Cevher Tasdemir yaşlı şəxs olmaqla X19in himayəsindədir. xx.xx.2020-ci il tarixdə “Vətən Müharibəsi” başlamış, xx.xx.2020-ci il tarixdə erməni terroru nəticəsində Gəncə şəhərinə atılan 2-ci balistik raketdən sonra Ali Tasdemir anası X9 rayonu, Aşağı Göyçəli kəndinə aparmışdır. X2 Taşdemir Gəncə şəhərinə ezam olunmuş “Haber Qlobal” kanalının müxbiri Adil Kerimulakın köməkçisi işləmiş, “Vətən Müharibəsi” dövründə Azərbaycan Respublikasının torpaq bütünlüyü uğrunda gedən döyüşlərdə Qarabağ zonasında qısa zamanda əldə edilən nəaliyyətləri və ermənilərin müharibə zonasından kənarda yerləşən şəhərlərə müxtəlif növ raketlərlə hücum edərək törətdiyi bütün terror aktlarını dünyaya çatdırmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə müharibə bitdikdən sonra isə Ali Tasdemir anası Cevher Tasdemiri Azərbaycan Respublikasının ərazisində yaşamasına dair icazənin alınması üçün Gəncə Asan Xidmət Mərkəzinə aparmış, verilmiş icazə müddətində yenidən müraciət etməmələri səbəbindən onlara cərimə olunacaqları bildirilmişdir. Bundan sonra Cevher Tasdemir barəsində X8 İdarəsinin rəisi X4 tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.2-ci maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 19.1.-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Məhkəmə, Cevher Tasdemirin şəxsiyyətini, yaşını və X19in daim qayğısına möhtac olmasını, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilməsini, erməni terroru nəticəsində Gəncə şəhərinə ballistik raketlər atılaraq insan tələfatına və şəhərin dağılmasına səbəb olması nəticəsində X7 Tasdemir tərəfindən Azərbaycanın atəşə məruz qalmayan digər bölgəsinə aparılmasını və X19in həmin dövrdə Gəncə şəhərinə ezam olunmuş “Haber Qlobal” kanalının müxbiri Adil Kerimulakın köməkçisi olaraq “Vətən Müharibəsi” dövründə Azərbaycan Respublikasının torpaq bütünlüyü uğrunda gedən döyüşlərdə Qarabağ zonasında qısa zamanda əldə edilən nəaliyyətləri və ermənilərin müharibə zonasından kənarda yerləşən şəhərlərə müxtəlif növ raketlərlə hücum edərək törətdiyi bütün terror aktlarını dünyaya çatdırılmasında iştirak etməsini nəzərə alaraq qeyd edir ki, Cevher Tasdemirin hərəkətləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni özünün və ailə üzvlərinin həyatını, sağlamlığını və ya hüquqlarını qorxu altına alan təhlükəndən qorumaq üçün etmiş, həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün olmamış, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamasına dair verilmiş icazənin müddəti bitənədək yəni xx.xx.2020-ci il tarixədək yenidən icazə alınması üçün müraciət edə bilməməsinin səbəbləri ondan aslı olmayan hallardan baş vermişdir. X10 təhlükə aradan qalxdıqdan sonra isə Azərbaycan Respublikasının ərazisində yaşamasına dair icazənin alınması üçün Gəncə Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Bununla da o, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamasına dair icazəsiz yaşamaq niyyətinin olmadığını və qanunvericiliyin tələblərinə əməl etməsini göstərmişdir. Belə vəziyyətdə Cevher Tasdemirin hərəkətləri inzibati xəta hesab edilməməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Cevher Tasdemir barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən və araşdırma aparılmadan əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsində təqsirli olması sübuta yetirilməmişdir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda X8 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan Tasdemir Cevherin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cevher Tasdemir tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan X8 İdarəsinin rəisi X4 tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cevher Tasdemir tərəfindən verilmiş şikayət təmin edilsin. Cevher Tasdemir barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsi ilə X8 İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqda iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-188/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-188/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver