Məhkəmə qərarları › İş №3(043)-188/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-188/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-188/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı Orxan Babayevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində 10.03.2022-ci il tarixdə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu 08.03.2022-ci il tarixdə Gəncə şəhəri Dos-102, 1nömrəli binanın ümumi giriş hissəsindən Zərərçəkmiş şəxs1 məxsus su mühərrikini və Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 121 nömrəli binanın damında yerləşən Zərərçəkmiş şəxs2 məxsus su nasosunu və su axını təmizləyicisini gizli yolla oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o hər hansı oğurluq etməmişdir. Belə ki, təyziq göstərib onun boynuna qoymuşdurlar. Təqsirsiz olduğundan barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ona məxus 3 ədəd su matoru oğurlanmışdır. Amma oğurluğun kim tərəfindən edildiyindən məlumatı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ona məxus su matoru oğurlanmışdır. Belə ki, oğurluğun Şəxs tərəfindən edildiyini düşünmür. Çünki barəsində inzibati iş üzrə icraat aparıan şəxsi heç vaxt həmin ərazidə görməmişdir. Oğurluğu onun etdiyini düşünmür. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-in sahə rəisi Orxan Babayev tərəfindən tərtib edilmiş 10.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08.03.2022-ci il tarixdə Gəncə şəhəri Dos-102, 1 nömrəli binanın ümumi giriş hissəsindən Zərərçəkmiş şəxs1 məxsus su mühərrikini oğurlamışdır. Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-in sahə rəisi Elvin Hümbətov tərəfindən tərtib edilmiş 10.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 121 nömrəli binanın damında yerləşən Zərərçəkmiş şəxs2 məxsus su nasosunu və su axını təmizləyicisini gizli yolla oğurlamışdır. İnzibati materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10.03.2022-ci il tarixli qərarlardan görünür ki, zərərçəkmiş şəxslərin ərizələri əsasında aparılmış araşdırma zamanı Şəxs oğlunun əməllərində cinayət tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarların surəti Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-yə göndərilmişdir. İnzibati qaydada tutma haqqında 09.03.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs oğlu 09.03.2022-ci ildə saat 19:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, zərərçəkmiş şəxsin ifadəsini dinləyib və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs oğlunun qeyd olunan inzibati xətanı törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan oğurluq hadisələrənin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu tərəfindən törədilməsi qeyd olunsa da bu barədə hər hansı bir sübut təqdim olunmamışdır. Zərərçəkmiş şəxslər də onlardan oğulranmış əmlakların barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən oğurlanmasını inandırıcı hesab etmədiklərini göstərmişdirlər. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar