Məhkəmə qərarları › İş №3(043)-189/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-189/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-189/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsindən inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 iştirakı ilə, X6 Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin rəisi X3 xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi tərəfindən barəsində İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o ailəsi ilə, ata-anası və bacı-qardaşıyla birlikdə Rusiya Federasiyasında yaşayırlar və orada işləyirlər. Tez-tez Azərbaycana gəlib Rusiya Federasiyasına qayırdırlar. Sonuncu dəfə onlar 2020-ci ilin əvvəllərində Azərbaycana gəlmişdirlər. Onlar Azərbaycana gəldikdən sonra, bütün dünyada Covid-19 infeksiyası yayıldığından, dünya ölkələri arasında gediş-gəliş bağlanıldığından onlar Rusiya Federasiyasına geri qayıda bilməmişdirlər. O, Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi ev 26, mənzil 52-də daimi qeydiyyatda olsa da xx.xx.2019-cu ildən ailəsiylə birlikdə ünvan 1 ünvanında yaşayır. Covid-19 infeksiyasına yoluxmanın qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında ölkə ərazisində sərt karantin rejimi mövcud olduğu vaxtlarda o daimi Gəncə şəhərində olmuşdur və yuxarıda qeyd etdiyi ünvanda yaşamışdır. Bütün vətandaşlar kimi o da sərt karantin rejiminə tam əməl etmişdir. O, daima evdən çıxanda ancaq 8103 nömrəsinə SMS yazmaqla SMS icazə ilə yaşadığı ərazini tərk etmişdir. xx.xx.2020-ci il tarixdə o yenə də SMS icazə alaraq yaşayış yerini tərk edib özünə məxsus Volksvagen Jetta markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ailəsiylə təlabatlarını ödəmək üçün ailəsinin işlərinin ardınca gedirdi ki, Gəncə Türklər 3 deyilən ərazidə polis əməkdaşları tərəfindən saxlanılmışdır və evi tərk etməyinə görə icazəsi olub-olmaması yoxlanılmışdır. O, SMS icazəsi olduğunu bildirdikdə polis əməkdaşı ona bildirdi ki, onun qeydiyyatı Bakı şəhərindədir, o Gəncə şəhərində SMS icazə ilə yaşadığı evi tərk edə bilməz, SMS icazədən ancaq Bakı şəhərində istifadə edə bilər. O, bildirdimişdir ki, Covid-19 infeksiyasının yayıldığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən o Gəncə şəhərində yaşayır, lazımdırsa orda yaşamağı barədə hər hansı arayış da təqdim edə bilər. Polis əməkdaşaları onun sözlərinə əhəmiyyət verməyərək onu cərmələyəcəklərini bildirmişdirlər. Beləliklə, Gəncə şəhər DYPS Yol Patrul xidmətinin inspektoru polis serjantı X4 xx.xx.2020ci il tarixdə Azərbaycan respublikasının İXM-nin 211.1 -ci maddəsi ilə protokol tərtib edərək X9 200 manat cərimə etmişdir. O 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir və xidmətdən ona bildirmişdirlər ki, onun barəsində tərtib olunan protokol qanunsuzdur və həmin protokoldan yuxarı orqana şikayət verməyi tövsiyyə olunur. xx.xx.2020-ci il tarixdə barəsində tərtb olunan İXP ******* saylı protokol xx.xx.2021-ci il tarixdə TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarla qüvvəyə minmişdir. Qərarın qüvvəyə minməsindən SMS vasitəsilə məlumatı olmuşdur. O qərar qüvvəyə mindikdən sonra, qərarı əldə etmək üçün Gəncə Şəhər Dövlət Yol Polis Şöbəsinə müraciət etmişdir. Oradan ona bildirmişdirlər ki, qərarın surəti onun qeydiyyatda olduğu ünvana poçt vasitəsilə göndərilmişdir. Əmrahov Anar onlara bildirmişdir ki, o qeydiyyatda olduğu ünvan üzrə yaşamır, ona görə qərarın surətini onun özünə verməklərini xahiş etmişdir. O, xx.xx.2021 ci il tarixdə sözügedən qərarın ancaq ksero surətini ala bilmişdir. O həmin qərarla razı deyildir və hesab edir ki, sözügedən qərar qanunsuz və əsassızdır. O epidemiya əlehinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozmamışdır. Barəsində tərtib olunan protokol tam qanunsuzdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X12 şikayət ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək, bildirdi ki o, həmin məsələ ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir və ona faktiki yaşadığı ərazidə SMS icazə ilə hərəkət edə biləcəyi, heç bir arayışa ehtiyac olmadığı bildirilmişdir. İnzibati xəta haqqında protokolu və qərarı tərtib edən orqan işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2020-ci il tarixində tərtib olunmuş İXP ******* saylı protokoldan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə saat 18:50-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini müəyyən etmişdir. Materiallara əlavə edilmiş Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X17 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP № ******* inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Kəpəz rayon İHB Şıxzamanlı qəsəbəsi İƏDÜ nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 979 nömrəli arayışından görünür ki, X10 həqiqətəndən də xx.xx.2019-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatsız yaşayır İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin zənglərin çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:45-də X12 istifadəsində olan 050 300 99 59 telefon nömrəsi ilə 8103-ə SMS göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 xx.xx.2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən yoxlanılarkən, onun Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin X5 İşlər Nazirliyi ilə birgə ərsəyə gətirdiyi “X7 X8 Alınması və Monitorinqi Sistemi” nin 8103 icazə mərkəzindən icazəsinin olması və ünvan 3 ünvanında yaşaması nəzərə alınmamış və əsassız olaraq Gəncə şəhəri DYPŞ-nin polis polkovnik leytanant R.Zalov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən və araşdırma aparılmadan əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. X6 məhz hansı hərəkəti ilə epidemiya əleyhinə rejimi və karantin qaydalarını pozması nə protokolda, nə də qərarda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Gəncə şəhər Döblət Yol Polis Şöbəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməli və onun barəsində olan Gəncə şəhəri DYPŞ-nin polis polovnik leytenantı R.Zalov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 şikayəti təmin edilsin. Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin polis polkovnik leytenantı X11 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar