Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-19/2021 11.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Samux rayonu Sərkar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün aidiyyətı üzrə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə Şəxs Gəncə şəhəri V.Tereşkova küçəsində olan karantin postunda xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X7 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 11:45 radələrində Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis kapitanı Toğrul Rüstəmzadə PPXT-nin polis nəfərləri polis serjantı Tural İsgəndərov və polis baş serjantı Elvin Hüseynov ilə birlikdə Gəncə-Samux yolunun V.Tereşkova küçəsində yerləşən “stasionar” postda xidmətdə olarkən dövlət qeydiyyat nişanı olmayan VAZ-2106 markalı qırmızı rəngli avtomobilin sürücüsü polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtomaşını polis əməkdaşlarının üzərinə sürərək hərəkətini davam etdirərək “stasionar” postu keçib 30 metr aralıda yolun kənarında saxlayaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının yaxınlaşdığını görüb avtomobilini sürərək 30-40 metr kənarda saxlayaraq avtomobildən düşərək yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək Samux rayonu ərazisinə keçmiş, avtomobilin dövlət qeydiyyat nişanı olmadığından və sürücünün şəxsiyyəti onlara məlum olmadığından qanuni tədbir görülməsi mümkün olmamışdır. Həmin postda olan polis əməkdaşları raportla rəhbərliyə müraciət etmişlər. Bundan sonra tərəflərindən araşdırma aparılmış və həmin şəxsin Samux rayonu Sərkar kəndində qeydiyyatda olan və yaşayan Şəxs olması məlum olmuşdur. Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nə dəvət olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tağıyev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun istifadəsində olan VAZ-2106 markalı qırmızı rəngli avtomobili Gəncə şəhərində təmir etdirmiş, avtomobilin dövlət qeydiyyat nişanı olmadan idarə edərək xx.xx.2021-ci il tarixdə Gəncə-Samux yolunun V.Tereşkova küçəsində yerləşən “stasionar” postda xidmət aparan polis əməkdaşlarının saxla əmrinə məhəl qoymadan keçib yaşadığı Samux rayonu Sərkar kəndinə getmişdir. O, yenidən xx.xx.2021-ci il tarixdə Gəncə-Samux yolunun V.Tereşkova küçəsində yerləşən “stasionar” posta istifadəsində olan dövlət qeydiyyat nişanı olmayan VAZ-2106 markalı qırmızı rəngli avtomobil ilə yaxınlaşmış, xidmət aparan polis əməkdaşları ona avtomobili saxlamasını bildirmiş, o barəsində tədbir görüləcəyindən qorxduğu üçün polisin saxla əmrinə məhəl qoymayaraq postu keçmişdir, həmin vaxt onun idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən zərbə endirildiyindən postu keçdikdən təxminən 30 metr irəlidə yolun kənarında saxlayaraq avtomobildən düşüb onun avtomobilinə zərbə endirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının yaxınlaşdığını görüb avtomobili yenidən idarə edərək irəlidə saxlayaraq onun avtomobilinə zərbə endirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və sonra yaşadığı Samux rayonu Sərkar kəndinə getmişdir. Hazırda törətdiyi əməldən peşmandır, polis əməkdaşlarının ünvanına işlətdiyi nalayiq ifadələrə görə üzr istəyir. Onun əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər RPİ-nin İTB-nin inspektoru, polis kapitanı X2 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə Gəncə-Samux yolunun V.Tereşkova küçəsində yerləşən “stasionar” postda xidmətdə olarkən dövlət qeydiyyat nişanı olmayan VAZ-2106 markalı qırmızı rəngli avtomobilin sürücüsü polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtomaşını polis əməkdaşlarının üzərinə sürərək postu keçib Samux rayonu istiqamətində getmiş, avtomobilin dövlət qeydiyyat nişanı olmadığından və sürücünün şəxsiyyəti onlara məlum olmadığından qanuni tədbir görülməsi mümkün olmamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 11:45 radələrində PPXT-nin polis nəfərləri polis serjantı Tural İsgəndərov və polis baş serjantı Elvin Hüseynov ilə birlikdə Gəncə-Samux yolunun V.Tereşkova küçəsində yerləşən “stasionar” postda xidmətdə olarkən bir gün əvvəl həmin postdan keçmiş dövlət qeydiyyat nişanı olmayan VAZ-2106 markalı qırmızı rəngli avtomobilin posta yaxınlaşdığını görüb avtomobilin qarşısına çıxmış və saxlamasını bildirmiş, lakin avtomobilin sürücüsü əyləc və qazdan istifadə edərək yolun tozunu qaldıraraq avtomobili onun üzərinə sürmüş, o avtomobilin onu vurmasından son anda yayınmış, sürücü onun və polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtomaşını üzərlərinə sürərək hərəkətini davam etdirərək “stasionar” postu keçib 30 metr aralıda yolun kənarında saxlayaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının yaxınlaşdığını görüb avtomobilini sürərək 30-40 metr kənarda saxlayaraq avtomobildən düşərək yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək Samux rayonu ərazisinə keçmiş, avtomobilin dövlət qeydiyyat nişanı olmadığından və sürücünün şəxsiyyəti onlara məlum olmadığından qanuni tədbir görülməsi mümkün olmamış, bundan sonra raportla rəhbərliyə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, onlar tərəfindən dövlət qeydiyyat nişanı olmayan VAZ-2106 markalı qırmızı rəngli avtomobilə zərbə endirilməmiş, onların irədəsinə zidd olaraq postu keçərkən avtomobil onların üzərində olan əşyalara sürtünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri, polis baş serjantı X6 ifadəsində bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə saat 11:50-də Gəncə şəhəri, Tereşkova küçəsində piyada xidmət apararkən həmin ərazidə yerləşən “Balıx satışı” mağazasının qarşısında dayanmış və görmüşdür ki, karantin postunun qarşısında toz tufana qarışıb. Həmin vaxt qırmızı rəngli, hər iki dövlət nömrə nişanları olmayan jiquli VAZ-2106 markalı avtomobilin sürücüsü adı sonradan ona məlum olan Samux rayon sakini Arzu adlı şəxs polis əməkdaşlarını vəzifə başında söyüb təhqir edərək və avtoxuliqanlıq hərəkətləri nümayiş etdirərək ərazidən uzaqlaşaraq Samux- Sərkar yolu istiqamətinə 30 metr gələrək “Balıx satışı” mağazasının qarşısında dayanmış, bu zaman sürücü yenidən avtomaşından düşərək bir daha üzünü postda xidmət aparan polis əməkdaşlarına tutaraq ucadan ünvanlı küçə söyüşləri söyərək təhqir etməyə başlamış, o, həmin şəxsi nizam-intizama dəvət etmək istədikdə, o idarə etdiyi həmin avtomaşına əyləşərək onun üstünə sürmüş və bir az aralanaraq yenidən avtomobili saxlayıb düşüb bir daha ucadan polis əməkdaşlarını və onu da söyüb təhqir etmişdir. O, bu zaman Baş Polis İdarəsinin növbətçi hissəsinə efir vasitəsi ilə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər RPİ-nin İTB-nin inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021ci il tarixdə saat 11:45 radələrində PPXT-nin polis nəfərləri polis serjantı Tural İsgəndərov və polis baş serjantı Elvin Hüseynov ilə birlikdə Gəncə-Samux yolunun V.Tereşkova qəsəbəsi yaxınlığında yerləşən “stasionar” postda xidmətdə olarkən dövlət qeydiyyat nişanı olmayan VAZ-2106 markalı qırmızı rəngli avtomobilin sürücüsü polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq polisin qanuni tələbinə tabe olmamış, avtoxuliqan hərəkəti edərək avtomaşını polis əməkdaşlarının üzərinə sürərək hərəkətini davam etdirərək təxminən “stasianor” postdan 30 metr kənarda avtomobili saxlayaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Avtomobilin sürücüsü hərəkətini davam etdirərək Samux rayon ərazisinə daxil olduğu üçün adını bilmədikləri sürücü barəsində qanuni tədbir görülməsi mümkün olmamışdır. Bu barədə tərəflərindən Gəncə şəhər Baş Polis İdarəsinin növbətçi hissəsinə və Kəpəz Rayon Polis İdarəsinin məsul növbətçisinə sifahi məlumat verilmiş, VAZ-2106 markalı avtomobilin sürücüsü barəsində qanuna müvafiq tədbirlər görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:50-də Gəncə şəhəri, Tereşkova küçəsində piyada xidmət apararkən həmin ərazidə yerləşən “Balıx satışı” mağazasının qarşısında dayanmış və görmüşdür ki, karantin postunun qarşısında toz tufana qarışıb. Həmin vaxt qırmızı rəngli, hər iki dövlət nömrə nişanları olmayan jiquli VAZ-2106 markalı avtomobilin sürücüsü adı sonradan ona məlum olan Samux rayon sakini Arzu adlı şəxs polis əməkdaşlarını vəzifə başında söyüb təhqir edərək və avtoxuliqanlıq hərəkətləri nümayiş etdirərək ərazidən uzaqlaşaraq Samux-Sərkar yolu istiqamətinə 30 metr gələrək “Balıx satışı” mağazasının qarşısında dayanmış, bu zaman sürücü yenidən avtomaşından düşərək bir daha üzünü postda xidmət aparan polis əməkdaşlarına tutaraq ucadan ünvanlı küçə söyüşləri söyərək təhqir etməyə başlamış, o, həmin şəxsi nizam-intizama dəvət etmək istədikdə, o idarə etdiyi həmin avtomaşına əyləşərək onun üstünə sürmüş və bir az aralanaraq yenidən avtomobili saxlayıb düşüb bir daha ucadan polis əməkdaşlarını və onu da söyüb təhqir etmişdir. Polisin qanuni tələblərinə bilərəkdən tabe olmadığına və avtoxuliqanlıq hərəkəti etdiyi üçün həmin şəxsin barəsində qanun çərçivəsində tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici ifadə, şahid ifadəsi, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlini yüngülləşdirici və ağırlaşdırıcı halları müəyyən etməmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibati tənbehin məqsədinə nail olmaq, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, heç bir yerdə işləməməklə maddi imkanının olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törətdiyi inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli qərarın elan edildiyi tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin X9 həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-19/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-19/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver