Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-191/2021 26.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayətçi X2 və Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis polkovnik leytenantı X6 tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis polkovnik leytenantı X6 tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul olunaraq X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X5 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 göstərdi ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus Vaz 21074 markalı **-EC-*** qeydiyyat nömrə nişanlı avtomobillə Hacıkənd qəsəbəsində yerləşən evlərindən Gəncə şəhərinə həkimə gələn zaman, yol polis əməkdaşı onun heç bir qanun pozuntusu etməməsinə baxmayaraq onu saxladaraq şəxsiyyət vəsiqəsini tələb etmişdir. O, isə şəxsiyyət vəsiqəsini göstərərək Gəncə şəhəri sakini olduğunu və SMS bildirişi olmaqla həkimə getdiyini yol polisinə bildirmişdir. Lakin yol polisi əməkdaşı qanunsuz olaraq onuun barəsində protokol tərtib etmişdir. Həmin protokol əsasında 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir.Hesab edir ki, bərsində qəbul olunmuş qərar əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi X8 göstərdi ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə Gəncə şəhəri üzrə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq narıncı zonaya daxil edilmiş rayon və şəhərlərə giriş-çıxış məhdudiyyəti qoyulmuşdur. Belə ki, vətəndaş X5 həmin vaxtı olduğu yeri tərk etməməli olduğu halda Göygöl rayonuna getdiyi üçün polis əməkdaşları tərəfindən barəsində İXM-in 211.1-ci maddəsi ilə protokol tərtib olunmuş, həmin protkol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq T.Məmmədov qanuna müvafiq qaydada 200 manat cərimə olunmuşdur. Şikayətin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 manat məbləğində cərimə olunmuşdur. AZE 14817280 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu Qoqol küçəsi, ev 8 ünvanında qeydiyyatdadır. Məhkəmə şikayətçi X2 və qərarından şikayət verilmiş tərəfin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 saylı qərarının 1-ci bəndinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 2.6, 2.6.1-2.6.3-cü bəndlərinə əsasən digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilir. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMSicazə sistemi və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir. Göründüyü kimi barəsində inzibati xət haqqında iş üzrə icraat aparılan şəxs T.Məmmədov xüsusi karantin rejimində yaşadığı Gəncə şəhəri ərazisini tərk edərək Göygöl şəhərinə getmişdir. T.Məmmədov yaşadığı ərazini tərk etməsinin səbəbini SMS icazəsi olması və həkimə getməsi ilə əlaqələndirmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərardan görünür ki, T.Məmmədov karantin rejimini xx.xx.2021-ci ildə 19:58 radələrində pozmaqla həmin vaxt Göygöl şəhəri A.Kazımov küçəsində olmuşdur. T.Məmmədovun axşam saat 19:58 radələrində həkimə getməsi barədə göstərdiyi dəlili məhkəmə işin hallarına uyğun hesab etmir. İXM-in 48-ci madəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Göründüyü kimi X3 verilən SMS icazəsi onun yaşadığı ərazi hüdudlarında hərəkət etmək üçün verilmişdir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis polkovnik leytenantı X6 tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan X5 tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-191/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-191/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver