Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-201/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i m: Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli № 11000-0151/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Bakı şəhəri Yasamal rayonu Süleyman Dadaşov küçəsi, ev 6, mənzil 33-də yerləşən Şəxs MMC (VÖEN-**********) tərəfindən bağlanılmış xx.xx.2017-ci il tarixli 13112017 saylı müqaviləyə əsasən Niderlandda yerləşən “GEOBAS B V” şirkətinə xx.xx.2020-ci il tarixli **********1951-sorğu nömrəli Yük Gömrük Bəyənnamələri üzrə H203MH799/EH177877 nömrəli nəqliyyat vasitəsində ümumi çəkisi: 7047.60 kq, 59671.50 (əlli doqquz min altı yüz yetmiş bir manat 50 sent) ABŞ dolları dəyərində “Qurudulmuş Xurma” məhsulu ixrac edilmişdir. Malların dəyərinin bir hissəsi 53902.72 (əlli üç min doqquz yüz iki dollar 72 sent) ABŞ dolları ixracatçının hesabına köçürmüş, qalan 5768.75 (beş min yeddi yüzaltmış səkkiz dollar 75 sent) ABŞ dolları valyuta vəsaiti ixracatçının hesabına köçürülməmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, **********1951-sorğu nömrəli Yük Gömrük Bəyannaməsi üzrə ixrac edilən “Qurudulmuş Xurma” məhsulunun dəyərindən 5768.75 (beş min yeddi yüzaltmış səkkiz dollar 75 sent) ABŞ dolları və yaxud 9806.87 (doqquz min səkkiz yüz altı manat, 87 qəpik) AZN məbləğində valyuta vəsaitinin xaricdən qaytarılması təmin edilməmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd edir ki, internet X1rumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hərəkətsizlikdə ifadə olunduğundan və hüquqi şəxs öz fəaliyyətini yerləşdiyi ünvanda həyata keçirdiyindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında törədilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 114-cü maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(043)-201/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-201/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver