Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-203/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin rəis müavini, polis polkovniki Elşən Kazımov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 60 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan inzibati xəta haqqında qərardan X2 şikayət verərək qərarın qanunsuz və əsassız olduğunu göstərərək ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda X2 ərizə ilə məhkəməyə müraciət edərək, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayətçi X1 şikayəti öz ərizəsinə əsasən baxılmadan geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, inzibati xətalar qanunvericiliyində müvafiq prosessual münasibətləri tənzimləyən norma olmadıqda, cinayət prosessual qanunvericiliyin normalarının analogiya üzrə tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 122.7-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayət verən şəxs tərəfindən geri götürməyə hüququ vardır: Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdr. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.7-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara alır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-203/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-203/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver