Məhkəmə qərarları › İş №3(043)-204/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-204/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-204/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi Aslanov Eltun Elman oğlunun katibliyi ilə, X1 DİN Baş Dövlət X7 qəbul edilmiş EQ ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 DİN Baş Dövlət X7 tərəfindən qəbul edilmiş EQ ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə şikayət verərək, həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, mobil telefonuna göndərilmiş SMS məlumatlarında göstərilmişdir ki, o, özünə məxsus KİA SORENTO markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Heydər Əliyev prospekti “Maxi Market’qarşısında hərəkətdə olarkən 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmaqla Azərbaycan Respubliksı İXM-nin 327.2.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətdiyi üçün barəsində tərtib edilmiş EQ ******* nömrəli protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında xx.xx.2021 -ci il tarixli elektron qərar çıxarılmışdır. SMS məlumatlarına əlavə edilmiş foto görüntülərdən məlum olur ki, onun avtomobilinə bənzər avtomobil Gəncə şəhəri, Heydər Əliyev prospektində üfıqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək yolun əks istiqamətli hərəkət zolaqlarını ayıran xətti kəsib keçərək M.Füzuli küçəsi istiqamətində hərəkət edir. Az sonra ons məxsus avtomobil həmin küçədən, yəni Məhəmməd Füzuli küçəsindən Heydər Əliyev prospektinə çıxıb sağa dönərək hərəkətini davam etdrir. Həmin vaxt üfiqi nişanlanma xətlərini kəsib keçən avtomobil onun avtomobili olmamamışdır. Sadəcə olaraq həmin avtomobilin dövlət qeydiyyat nişanı kamera vasitəsilə qeydə alınmadığı və qayda pozuntusundan az sonra onun avtomobilinin eyni küçədən çıxdığını görən əməkdaş üfıqi nişanlama xətlərini kəsib M.Fizuli küçəsinə gedən avtomobilin ona məxsus avtomobil olduğunu zənn edərək əsassız olaraq barəsində qanunsuz qərar çıxarmışdır. Bundan başqa yuxarıda qeyd edilən protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə onun izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini bildirmək imkanlarından məhrum olunmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sms məlumatlarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsi ilə bağlı məlumatlandırılmışdır. İş materiallarından görünür ki, DİN Baş Dövlət X4 rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, inzibati xətalar qanunvericiliyində müvafiq prosessual münasibətləri tənzimləyən norma olmadıqda, cinayət prosessual qanunvericiliyin normalarının analogiya üzrə tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikası CPM-in 391.5-ci maddəsinə görə apelyasiya şikayəti və ya apelyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Yuxarıda qeyd edilən qanunvercilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırki şikayət ilə mübahisələndirilən EQ ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X3 barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən isə həmin qərardan yalnız X3 şikayət verə bilərdi. Qeyd edilən qərardan isə X3 deyil, X2 şikayət vermişdir ki, qanunvericiliyə əsasən onun bu qərardan şikayət vermək hüququ olmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, DİN Baş Dövlət X7 tərəfindən qəbul edilmiş EQ ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət buna hüququ olmayan şəxs tərəfindən verildiyindən, şikayətə baxılmasından imtina edilməli, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X1 DİN Baş Dövlət X7 tərəfindən tərtib edilmiş EQ ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmasından imtina edilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar