Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-207/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 552-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “Opel” markalı ** EG *** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi taksi minik avtomobilində Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsində, saat 16:00-da aparılan yoxlama zamanı Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşlarına qanunvericiliklə müəyyən edilmiş sənədləri, “Fərqlənmə nişanını” təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o əslində 55 manat ödəniş edib lisenziya almışdır. Lakin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə regional şöbəsinin əməkdaşı onun lisenziyasının saxta olduğunu bildirmişdir. Bununla da barəsində inzibati protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, MN №0314895 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Opel” markalı ** EG *** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi taksi minik avtomobilində Gəncə şəhəri, Kəpəz rayonu, Z.hacıyev küçəsində, saat 16:00-da aparılan yoxlama zamanı Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşlarına qanunvericiliklə müəyyən edilmiş sənədləri, “Fərqlənmə nişanını” təqdim etməmişdir. Material üzrə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1966-cı ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-207/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-207/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver