Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-209/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2020-ci il tarixli EQ ******* saylı qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X10 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(043)-209/2020 nömrəli qərarı ilə şikayət təmin edilmiş və inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmişdir. Qeyd olunan qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 apelyasiya şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdirlər. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 3(104)- 186/2020 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş və X10 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(043)-209/2020 nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün X10 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, barəsində inzibati tənbeh qəbul edilmiş elektron qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi ** EA *** dövlət qeydiyyat nişanlı “Damler CHRYSLER E-200” markalı minik nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 251-ci km-də radar xəbərdarlıq nişanının olmadığı halda, Dövlət Yol Polisinə məxsus avtomobilin yolun hərəkət istiqamətində dayanmış TİR yük avtomobilinin qarşısında gizlənərək onun avtomobilini arxadan surət həddini aşmasını müəyyən etmişdir. Nəticədə ona EQ ******* nömrəli elektron qərarla 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin ərazidə radar nişanının olmadığı və yol polisinin avtomobilinin gizlənərək onun idarə etdiyi nəqliyyat vasitəsini arxadan çəkmişdir. Həmin vaxt Dövlət Yol Polisinə məxsus avtomobilin yolun hərəkət istiqamətində dayanmış TİR yük avtomobilinin qarşısında gizlənərək onun idarə etdiyi avtomobilin sürətini neçə ölçməsi onun avtomobilində olan kamera görüntülərinə düşmüş və həmin anı əks etdirən görüntünü foto şəkil olaraq çıxarıb şikayətinə əlavə etmişdir. O, əldə edilməsi qanunvericiliyə uyğun olmayan sübutlarla qəbul edilmiş qərarın ləğv olmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən X3 İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2020-ci il tarixli EQ ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan:- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "Damler CHRYSLER E-200” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın (Yolda müəyyən edilmiş hərəkət sürətini 23 km/saat həddində aşmışdır) törədilməsinə görə 50 manat inzibati cərimə edilmişdir . Şikayətə əlavə olunmuş foto şəkildən görünür ki, Yol Patrul Xidmətinin avtomobili yük maşınının qarşısında yolun sağ tərəfində dayanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən təqdim olunmuş qeyd olunan ərazinin video görüntüsünü özündə əks etdirən DVD diskə baxış keçirilərkən Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 251-ci km-də radar xəbərdarlıq nişanının mövcudluğu müəyyən edilməmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 tərəfindən verilmiş etirazdan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə "Daimler Chrysler” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 251 -ci km-də hərəkət sürətinin 90 km/saat sürət həddi müəyyənləşdirilmiş yol sahəsində 113 km/saat sürətlə hərəkət etməsi xüsusi texniki vasitənin göstəricisi əsasında qeydə alınaraq barəsində AR İXM-nin 328.2-ci maddəsi ilə EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Xüsusi texniki vasitənin qeydə aldığı video görüntülərə baxış zamanı barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın qanuna uyğun olduğu təsdiqlənmişdir (video görüntü etiraz ərizəsinə əlavə olunur). X3 şikayətinin əsası ondan ibarətdir ki, "guya inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas gizli çəkiliş olmuşdur ki, bu da qanunsuzdur”. Halbuki, qeyd edilənlər həqiqətə uyğun deyildir və fərziyələrə əsaslanır. Belə ki, xüsusi texniki vasitənin göstəricisi əsasında X3 inzibati xəta hadisəsi törətməsi müəyyənləşdirilmişdir ki, bu vasitələrin köməyi ilə inzibati xətanın aşkarlanması qanunvericiliklə birbaşa müəyyən edilmişdir. Bundan əlavə, X4 inzibati xəta törətməsi barədə xx.xx.2020-ci il tarixdə məlumatlandırılmışdır və həmin vaxtdan 20 gün müddətində, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilərdi. Göründüyü kimi, qanunvericilik inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətin ya məhkəməyə, ya da yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) edilə biləcəyini qeyd etmişdir. X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə AR DİN BDYPİ tərəfindən baxıldığından, vətəndaşın yenidən həmin qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmə hüququ yoxdur. Bununla belə, qanunvericiliklə müəyyən edilmiş 20 günlük müddət (inzibati xəta törətməsi barədə ci il tarixdə məlumatlandırılmış, həmin vaxtdan 20 gün müddət xx.xx.2020-ci il tarixədə bitmişdir) və ötürülmüşdür. X4 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməsini xahiş etmişdir. Etiraza əlavə edilmiş SD diskdə olan video görüntüyə baxış keçirilərkən məlum olur ki, hərəkət zolağının sağ tərəfində dayanmış Dövlət Yol Polisinə məxsus avtomobil tərəfindən hərəkətdə olan ** EA *** dövlət qeydiyyat nişanlı "Damler CHRYSLER E-200” markalı minik nəqliyyat vasitəsinin arxa hissəsindən sürəti qeydə alınmışdır. "Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin Vİİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli xx xxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Yol-patrul xidməti haqqında Təlimat”a əsasən YPX inspektoru müəyyən olunmuş geyim formasında olmalı, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş nəqliyyat vasitəsində xidmət aparmalıdır. (4.2-ci bənd). Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. (4.3-cü bənd). Patrul avtomobili və motosikletlərindən istifadə etməklə xidmət aparılan zaman aşağıdakı əsas metodlar tətbiq edilir: (4.4-cü bənd). Nəqliyyat vasitələri axınında hərəkət - yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməklə. (4.4.1 -ci bənd). Qəza təhlükəli yerlərdə dayanmaqla xidmət aparma - təhlükənin aradan qaldırılması, eləcə də sürücü və piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması üçün qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməklə; (4.4.2-ci bənd). Bütün hərəkət iştirakçıları üçün yaxşı görünən yerlərdə patrul avtomobilinin və ya motosikletinin saxlanması və eyni zamanda YPX inspektorunun hərəkət intensivliyinin yüksək olduğu sahələrdə piyada hərəkət etməsi. (4.4.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi Yol-patrul xidməti Dövlət Yol Polisi qurumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir. Yol patrul xidmətinin aparılmasında məqsəd inzibati xətanın törədilməsini gözləyərək həmin xətaya görə tənbeh tətbiq etmək yox, ümumiyyətlə inzibati xətanın qarşısını almaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisələndirilən ərazidə yəni Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 251-ci km-də nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitənin (radarın) və qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi”nin servis nişanının və əlavə məlumat nişanının mövcud olması həmin ərazinin video görüntüsünə baxış zamanı aşkar olunmamışdır. Həmin ərazidə Dövlət Yol Polisinə məxsus avtomobilin yolun hərəkət istiqamətində dayanmış TİR yük avtomobilinin qarşısında dayandığı müəyyən olunmuşdur. Halbu ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bununla yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli xx xxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Yol-patrul xidməti haqqında Təlimat”da da göstərilmişdir ki, Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında dayanması qadağandır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli qərar qanunsuz yolla əldə olunmuş sübutlar əsasında qəbul olunduğundan ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayəti təmin olunsun. X3 İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində X10 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-209/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-209/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver