Məhkəmə qərarları › İş №3(043)-210/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-210/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-210/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, icra işi üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ermənistan Respublikasının Tumanyan rayonunda doğulmuş, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 15 mart 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında 15 mart 2022-ci il tarixli, MN ******* nömrəli protokolda qeyd edilir ki, Şəxs barəsində olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1773/2020 saylı, 09.06.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 339 (üç yüz otuz doqquz) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməsi, Gəncə şəhər 3 saylı Notariat Kontorunun 2127 nömrəli, 30.08.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 2878,20 (iki min səkkiz yüz yetmiş səkkiz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-692/2021 saylı, 01.04.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4627,80 (dörd min altı yüz iyirmi yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu X4 borcunu tam ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli, 3(043)-210/2022 nömrəli qərarına əsasən Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sözügedən qərardan iş üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən apelyasiya şikayət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3(104)-174/2022 nömrəli qərarına əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli, 3(043)-210/2022 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirdi ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Lakin o, hal hazıradək hər üç icra sənədi üzrə 1 manat da olsun pul ödəməmişdir. Qeyd edilənləri əsas gətirib borclunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsini həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, əvvəllər dənizdə işləməklə yüksək əmək haqqı almışdır. Hazırda işdən çıxmış və fərdi əməklə məşğul olur. Söz verir ki, hər üç icra sənədi üzrə borcunu yaxın vaxtda ödəyəcəkdir. Bunun üçün tələbkarlardan ona borcun aylıq ödənişi ilə bağlı qrafik verməsini istəyir. Odur ki, barəsində yüngül tənbeh tədbirinin təyin etməyini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 bildirdi ki, borcluya borcunu ödəməsi ilə bağlı məktub göndərilmişdir. Borclu bir dəfə banka gəlmiş, lakin tibbi maskası olmadığına görə banka buraxılmamış, Şəxs tibbi maska almaq adı ilə getmiş və qayıtmamışdır. Şəxs əvvəllər problemli müştəri olmamış, vaxtlı-vaxtında normal ödənişlər etmişdir. Pandemiya başladıqdan sonra Şəxs öhdəliyini icra etməmiş və onlar məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra borclu heç bir ödəniş etməmişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 1773/2020 saylı, 09.06.2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs cəmi 339 (üç yüz otuz doqquz) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 11.08.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1773/2020 saylı, 09.06.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 3 saylı Notariat Kontorunun 2127 nömrəli, 30.08.2020-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 2878,20 (iki min səkkiz yüz yetmiş səkkiz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə icra qeydi verilmişdir. İş materiallarına əlavə edilmiş 05.10.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhər 3 saylı Notariat Kontorunun 2127 nömrəli, 30.08.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 692/2021 saylı, 01.04.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs cəmi 4627,80 (dörd min altı yüz iyirmi yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 27.05.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-692/2021 saylı, 01.04.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədlərini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar