Məhkəmə qərarları › İş №3(043)-215/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-215/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-215/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, X4 katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X5 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2021-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs barəsində olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-4684/2017 nömrəli icra vərəqəsinə və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(017)-458/2011 saylı icra vərəqələrinə əsasən aliment borcunu ödəməyərək icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X14 bildirdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)- 4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixindən başlayaraq, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment X5 xeyrinə ödənilməsi qət edilmişdir. Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment xx.xx.2011-ci il tarixdən hesablanmaqla Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədləri müvafiq olaraq xx.xx.2011-ci il tarixdə və xx.xx.2017ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclu Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)- 4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 1542 (min beş yüz qırx iki) manat, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə isə 770 (yeddi yüz yetmiş) manat olmaqla ümumilikdə 2312 (iki min üç yüz on iki) manat aliment borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qeyd olunan icra sənədləri üzrə aliment borcu yarandığı üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Hökm çıxarıldıqdan sonra həmin dövr üzrə olan aliment borcunu ödəmişdir. Məhkum olunandan sonra maddi vəziyyəti və işsizliyi ilə əlaqədar alimenti tam olaraq vaxtı vaxtında ödəyə bilmədiyi üçün borcu yaranmışdır. Hazırda Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyində işləməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə aliment onun əmək haqqının 50 faizinə Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə əmək haqqının 20 faizinə yönəldilmişdir.Bununla belə çalışacaqdır ki, əmək haqının ona çatası hissəsindən imkan daxilində əlavə ödənişlər də etsin. Onun hərəkətləri qərəzli olmamışdır.Şəxs əlavə olaraq göstərdi ki, əgər o, inzibati qaydada həbs olunarsa hazırki işini də itirməklə daha ağır vəziyyətə düşər. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X7 ifadəsində göstərdi ki, Şəxs bu günədək aliment borcunu ödəməmişdir. Ödədiyi 118 manat aliment uşaqların saxlanılmasına yetərli deyildir. Borclunun hər ay stabil alimentini ödəməsini əks təqdirdə onun barəsində həbs seçilməsini xahiş etdi. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2021-ci il tarixli İ/Q-2245/11 nömrəli və İ\Q 286774/17 nömrəli məktublirından görünür ki, borclu Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyində işləməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə alimentin tutulması onun əmək haqqının 50 faizinə Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə əmək haqqının 20 faizinə yönəldilmişdir. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə prosesində iştirak edən şəxslərin izahatlarından, təqdim olunmuş inzibati materialdan və icra işində olan sənədlərdən məlum olmuşdur ki, borclu tərəfindən icra sənədinin icra olunmaması onun qərəzli hərəkətləri nəticəsində olmamışdır. Göründüyü kimi borclu icra sənədini maddi imkanın yol verdiyi həddə ödəyir. Belə ki, hal-hazırda işləyir və alimentin tutulması onun əmək haqqına yönəldilmişdir. Əgər onun haqqında inzibati tənbeh tətbiq edilərsə mövcud iş yerini itirməklə onun vəziyyətini daha da ağırlaşdırmasına səbəb ola bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 30-34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar