Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-216/2021 26.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X7, zərərçəkmiş şəxslər X14, X9, X3, sonuncunun qanuni nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Goranboy rayonu, Goranlı kəndində, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2021ci il tarixdə vətəndaş X12 “tap.az” internet saytı vasitəsi ilə tanış olaraq ona məxsus 2 ədəd “Samsung” S7 markalı və “Samsung” A30 markalı ümumi dəyərləri 460 manat təşkil edən mobil telefonları dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2021ci il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsi ilə Nizami prospektinin kəsişməsində X15 məxsus “Samsung” A3 markalı telefonu şəkil çəkmək adı ilə alaraq dələduzluq yolu ilə oğurlamışdır. xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020ci il tarixdə Gəncə şəhəri, 20 saylı məktəbin yaxınlığına X2 məxsus 350 manat dəyərində “Samsung” A21S markalı satmaq almış, lakin Şəxs dələduzluq yolu ilə oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X10 inzibati xəta haqqında protokollarda qeyd olunmuş əməllərin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokollarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən maddi imkansızlıqdan törədilmişdir. Belə ki, övladının qida tələbatlarını ödəmək üçün bu yola əl atmışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X19 izahatında bildirdi ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə saat təxminən 11:00 radələrində Goranboy rayonu Xoylu kəndindən sərnişini Gəncə şəhərinə gətirmiş, həmin sərnişini düşürdükdən sonra şəhərin mərkəzindən X6 digər sərnişini düşürmüşdür. Həmin xəstəxanadan aşağıda dayandıqda orta yaşlı oğlan sonradan adı məlum olan və hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomaşına əyləşmişdir. Şəxs ilk öncə onun Gəncə şəhəri Dəmir Yolu vağzalına sürdürmüş, oradan mağazadan çıxıb onu Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Nizami prospektinin kəsişməsində olan binanın yanına sürdürmüşdür. Həmin binanın yanında ona məxsus 400 manat dəyərində “Samsung Galaxy A3” markalı telefonunu istəyərək evdə şəkil çəkib qayıdacağını bildirmiş, lakin o, Şəxs gözləsə də o, gəlməmiş və ona qarşı dələduzluq etmişdir. Ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Şəxs ona dəyən zərəri ödəməmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 18:00 radələrində hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Böyük Ucuzluq mağazasının yan tərəfində yerləşən binanın qarşısında Tap.az saytına satışa qoyduğu 1 ədəd Samsung S7EDG markalı, 250 manat dəyərində mobil telefonunu və 1 ədəd Samsung A30 markalı 210 manat dəyərində mobil telefonunu almaq istədiyini bildirərək həyat yoldaşıına göstərmək adı ilə ondan alıb binaya daxil olaraq binanın arxa çıxış hissəsindən çıxıb naməlum istiqamətə gedərək nə mobil telefonu, nə də ki mobil telefonun pulunu verməyərək onu aldadaraq mobil telefonlarını geri qaytarmamış, bununla da ona qarşı dələduzluq edərək ona ümumilikdə 460 manat maddi ziyan dəymişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 və onun qanuni nüayəndəsi X4 izahatlarında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə X5 özünə məxsus olan “Samsung A21S” markalı mobil telefonu satması üçün dostu Əli adlı şəxsə vermiş, Əlidən telefonu almaq adı ilə Şəxs götürərək evdə göstərəcəyini, bəyəndikləri halda alacağını bildirmişdir. Əli Əziz ilə birlikdə taksiyə əyləşərək Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən, 20 saylı tam orta məktəbin yanındakı binanın qarşısına gəlmiş, burada Əziz evdə göstərmək adı ilə telefonu götürüb binaya daxil olmuş, lakin sonradan qayıtmamış və dələduzluq yolu ilə telefonu ələ keçirmişdir. Bunun nəticəsində onlara 350 manat maddi zərər dəymişdir. Odur ki, X17 barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, X13 məxsus 460 manat dəyərində 2 ədəd “Samsung” S7 markalı və “Samsung” A30 markalı mobil telefonların dələduzluq yolu ilə oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X15 məxsus 400 manat dəyərində “Samsung” A3 markalı telefonun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X2 məxsus 350 manat dəyərində “Samsung” A21S markalı telefonun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə 16:05-də inzibati qaydada tutulmuşdur. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin izahatları və barəsində tərtib edilmiş protokollarla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, protokollarda qeyd edilmiş inzibati xətalara dair işlərə baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətaların xarakterini, sayını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2021-ci il saat 16:05-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-216/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-216/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver