Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-22/2019 05.04.2019 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa оğlu, X1 iclas katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Gəncə şəhəri M.Hacıyev küç 4, döngə 5 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri BPİ-nin X3 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, o, 28.04.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikasının İXM-nin 342.2.3-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3(üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 3(043)- 22/2019 saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs оğlu Аzərbaycan Respublikasının İnzibаti Xətаlаr Məcəlləsinin 529.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 9 (doqquz) ay müddətə məhdudlaşdırımışdır. 03.04.2019-cu il tarixdə barəsində inzibati tənbeh tətbiq edilmiş Şəxs оğlu məhkəməyə vəsatət verərək barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.3-cü maddəsinə əsasən, 28.04.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarla tətbiq olunmuş, 150 (bir yüz əlli) manat miqdarında cəriməni və dəbbə pulunu və digər xərcləri ödədiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin qeydinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Belə ki, materiala əlavə olunmuş mədaxil qəbzindən görünür ki, Şəxs 150 manat məbləğində inzibati cəriməni hesablanmış dəbbə pulu ilə birlikdə cəmi 240 manat ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə olan cərimə borcunu və dəbbə pulunu tam ödədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115, 529.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı:
1. Şəxs оğlu barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşad Mustafayev Əsli ilə düzdür: Hakim Rəşad Mustafayev