Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-232/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Samux Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirib, müəyyən e t d i m: xx.xx.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə Samux Rayon Polis Şöbəsindən Şəxs barəsində inzibati xəta haqında material daxil olmuşdur. İnzibati xəta haqqında materialı nəzərdən keçirərkən müəyyən olundu ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol baxılması üçün məhkəməyə göndərilmiş, lakin inzibati xəta haqqında protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın kağız daşıyıcıda çap olunaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsini təsdiq edən sənəd inzibati materiala əlavə olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırmadan bəhs edən İXM-in 125.2.3 və 125.3-cü madəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisinə (həmçinin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) rəsmi qaydada verilir; Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. İXM-in 127-ci madəsinə əsasən Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Göründüyü kimi İXM-in 127-ci maddəsində inzibati xətanı törətmiş şəxsin bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmasından sonra onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsini nəzərdə tutmuşdur. İXM-in 127-ci maddəsində ifadə olunmuş hüquq norması göstərişinin xarakterinə görə məcburedici, göstərişin ifadə olunma formasına görə isə imperativ normadır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə olan inzibati material natamam olduğundan inzibati xəta haqqında material onu tərtib etmiş orqana – Samux Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410, 420-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Samux Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə olan inzibati material onu tərtib etmiş orqana – Samux Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-232/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-232/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver