Məhkəmə qərarları › İş №3(043)-239/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-239/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-239/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün xx xxxx 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Gəncə şəhəri, Tereşkova küçəsində X11ndə X3 məxsus evin zirzəmisindən 1 ədəd 30 manat dəyərində samovar, 1 ədəd 50 manat dəyərində qaynaq aparatı və 10 manat dəyərində su nasosunu oğurlamışdır. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Gəncə şəhəri sakini X7 məxsus Tereşkova küçəsindəki evin pəncərəsindən daxil olaraq 1 ədəd 30 manat dəyərində olan perefatoru, 1 ədəd 30 manat dəyərində elektrik nasosunu, 1 ədəd 20 manat dəyərində elektrik su tənzimləyicini və hər metri bir manat olmaqla cəmi 15 manat dəyərində olan elektrik naqilini gizli olaraq talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X6 bildirdi ki, Şəxs ayrı-ayrı vaxtlarda Tereşkova küçəsində X11ndə iki evə gizli yolla daxil olaraq müxtəlif əşyalar oğurlamışdır. Onun əməllərində cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin həmin əməllər İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokollarda göstərilən əməlləri törətmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında bildirdi ki, Gəncə şəhəri, Tereşkova qəsəbəsi X11 adlanan ərazidə olan evinin pəncərəsindən qanunsuz yolla daxil olan Şəxs ona məxsus evdən 95 manat dəyərində müxtəlif adda əşyalarını oğurlamış və bugünədək həmin əşyaları nə qaytarmamış, nə də ona dəymiş ziyanı ödəməmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İsmayılzadə küçəsi, 61 nömrəli ünvanda yaşayan X4 müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx xxxxxx 2021ci il tarixdə saat 23:00-dan, xx xxxxxx 2021-ci il tarixədək saat 09:00-dək olan müddətdə ona məxsus Gəncə şəhəri Tereşkova qəsəbəsi X11 adlanan ərazidə yerləşən yaşayış olmayan mənzilin pəncərəsini açma yolu ilə qanunsuz olaraq mənzilə daxil olub ordan ona məxsus 1 ədəd 30 manat dəyərində elektrik deşici alət, 1 ədəd dəyəri 30 manat olan elektrik su nasosu, 1 ədəd 20 manat dəyərində elektrik su təmizləyicisi və hər metri 01 manat olmaqla cəmi dəyəri 15 manat olan 15 metr uzunluğunda elektrik naqili naməlum şəxs(lər) oğurlamış və mövcud qanunvericiliyə əsasən naməlum şəxsin əməlində cinayət tərkibi olmadığından, naməlum şəxs(lər)in əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, X4 şikayət ərizəsi əsasında cinayət işinin başlanılması rədd edilmişdir. xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsində yaşayan X1 müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrindən xx.xx.2021-ci il tarix saat 11 radələrinədək olan vaxt ərzində Gəncə şəhəri, Tereşkova küçəsində X11ndə yerləşən evin zirzəmisindən 1 ədəd dəyəri 50 manat olan qaynaq aparatını, 1 ədəd dəyəri 30 manat olan somavarı və 1 ədəd 10 manat dəyərində su nasosu naməlum şəxs(lər) oğurlamış və mövcud qanunvericiliyə əsasən naməlum şəxsin əməlində cinayət tərkibi olmadığından, naməlum şəxs(lər)in əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, X1 şikayət ərizəsi əsasında cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs Kəpəz RPİ-də verdiyi izahatında Gəncə şəhəri, Tereşkova küçəsində X11ndə yerləşən evlərdən müxtəlif əşyalar oğurlamasını etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Hazırki material üzrə tərtib edilmiş inzibati xəta haqqında protokollarda göstərilən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətaları törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(043)-199/2021 saylı qərarın çıxarışından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək 1(bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən, saat 13:00-dan hesablanmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, inzibati xətalar qanunvericiliyində müvafiq prosessual münasibətləri tənzimləyən norma olmadıqda, cinayət prosessual qanunvericiliyin normalarının analogiya üzrə tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikası CPM-nin 346.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması) təyin edilməli olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırki material üzrə müəyyən edilmiş inzibati xətaları Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(043)-199/2021 saylı qərarından əvvəlki tarixdə törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun əməllərində inzibati xətaların məcmusu mövcuddur. Ona görə də, ona təyin ediləcək inzibati həbs tənbeh tədbiri ilə Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(043)-199/2021 saylı qərarı ilə təyin edilmiş inzibati həbs tənbehi qismən toplanılmaqla, ona qəti inzibati tənbeh təyin edilməli, inzibati tənbehin müddəti isə məhkəmənin qərarında müəyyən edilmiş vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən saat 13:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həmin tənbeh tədbiri Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(043)-199/2021 saylı qərarı ilə təyin edilmiş 1 (bir) ay 15 (on beş) müddətinə inzibati həbs tənbehi ilə qismən toplanılmaqla, Şəxs qəti olaraq 2 (iki) ay müddətinə inzibati həbs tənbehi təyin edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar