Məhkəmə qərarları › İş №3(043)-24/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-24/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-24/2021 14.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri Kəpəz rayonu, DOS-6 ev 152, mənzil 7-də qeydiyyatda olan və Gəncə şəhəri, Xəqani 68-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 16:00 radələrində Kəpəz RPİ-nin inzibati binasının qarşısında küçədə ucadan ünvansız söyüşlər işlətmiş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Kəpəz RPİ-nin PPXTnin manqa komandiri, polis serjantı X5 və PPXT-nin polis nəfəri, polis serjanrı İlkin İmamquluzadə raportla Kəpəz Rayon Polis İdarəsinin rəisinə müraciət edərək bildirmişlər ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Kəpəz RPİ-də xidmətdə olduğu zaman adı onlara sonradan məlum olan Şəxs Kəpəz RPİ-nin inzibati binasının qarşısında küçədə ucadan ünvansız söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək söyüş söyməməsini ona bildirmişlər, ancaq həmin şəxs onlara məhəl qoymayaraq onun polis tərəfindən tutulduğunu lakin məhkəmə tərəfindən buraxıldığını deyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də bu şəxs ucadan onun barəsində şikayət edənlərin ünvanına söyüş söyməkdə davam etmişdir. Buna görə də, Şəxs tərəflərindən Kəpəz RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, Kəpəz Rayon Polis idarəsinin əməkdaşları xx.xx.2021-ci il tarixdə onu tutmuş və xx xxxxxx 2021-ci il tarixdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edərək məhkəməyə aparılmış, lakin məhkəmə onun barəsində cərimə növündə tənbeh tətbiq edərək onu buraxmışdır. Bundan sonra o, barəsində protokol tərtib etmiş polis əməkdaşlarına qarşı nifrəti yaranmış, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Kəpəz RPİ-nin inzibati binasının qarşısına gedərək küçədə ucadan onun barəsində protokol tərtib etmiş polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq uca səslə nəlayiq ifadə işlətməməsini və nizam intizama dəvət etmiş, o əsəbi olduğundan polis əməkdaşlarının ona irad bildirməsinə əhəmiyyət verməyərək onların öz işləri ilə məşğul olmasını, ona heç nə edəbilməyəcəklərini bildirmiş və demək istədiyi sözləri ifadə etmiş, polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmədən barəsində qərar qəbul edilərkən əməlini etiraf etməsini, ailəsinin yeganə dolanışığını onun təmin etməsini, himayəsində qoca atasının olmasını və onun vaxtaşırı müalicəyə ehtiyacı olmasını, əvvəlki məhkəmə qərarı ilə ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini və əlavə olaraq cərimə təyin ediləcəyi halda ödəməyə maddi imkanının olmamasını nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin PPXT-nin manqa komandiri, polis serjantı X5 ifadəsində bildirdi ki, PPXT-nin polis nəfəri, polis serjanrı İlkin İmamquluzadə ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Kəpəz RPİ-də xidmətdə olduqları zaman adı onlara sonradan məlum olan Şəxs Kəpəz RPİ-nin inzibati binasının qarşısında küçədə ucadan ünvansız söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək söyüş söyməməsini ona bildirmişlər, ancaq həmin şəxs onlara məhəl qoymayaraq onun polis tərəfindən tutulduğunu lakin məhkəmə tərəfindən buraxıldığını deyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də bu şəxs ucadan onun barəsində şikayət edənlərin ünvanına söyüş söyməkdə davam etmişdir. Buna görə də, Şəxs tərəflərindən Kəpəz RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, raportla rəhbərliyə müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş Kəpəz RPİ-nin PPXT-nin manqa komandiri, polis serjantı X5 və PPXT-nin polis nəfəri, polis serjanrı İlkin İmamquluzadə tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Kəpəz RPİ-də xidmətdə olduqları zaman adı onlara sonradan məlum olan Şəxs Kəpəz RPİ-nin inzibati binasının qarşısında küçədə ucadan ünvansız söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək söyüş söyməməsini ona bildirmişlər, ancaq həmin şəxs onlara məhəl qoymayaraq onun polis tərəfindən tutulduğunu lakin məhkəmə tərəfindən buraxıldığını deyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də bu şəxs ucadan onun barəsində şikayət edənlərin ünvanına söyüş söyməkdə davam etmişdir. Buna görə də, Şəxs tərəflərindən Kəpəz RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, raportla rəhbərliyə müraciət olunmuşdur. İşdə olan portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq edərək ictimai qaydanı pozması və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahid ifadəsi, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Kəpəz RPİ-nin inzibati binasının qarşısındakı küçə ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, mübahisə etməklə ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlini yüngülləşdirici və ağırlaşdırıcı halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq, оnun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, heç bir yerdə işləməməklə maddi imkanının olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törətdiyi inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, Şəxs əvvəllərdə inzibati xəta törətməsini və inzibati məsuliyyətə cəlb olunmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli xx xxxxxx 2021-ci il tаrixdən, saat 17:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X3 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar