Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-240/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ xx.xx.1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, G.S.Mehmandarov küçəsi, 1-ci döngə, ev 24-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş protokol məhkəməyə təqdim edilmişdir. 01 mart 2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 16.01.2021-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində 26-cı küçədə yerləşən X1 məxsus fərdi yaşayış evindən 1 ədəd 50 manat dəyərində elektrik samovarını oğurlamışdır. Həmçinin, 01 mart 2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 01.03.2021-ci il tarixdən 10.022021-ci il tarixə keçən gecə X2 məxsus “X10” ASC-nin cənub qərb kənarında olan ərazidə yerləşən həyət evindən 1 ədəd 90 manat dəyərində samovarı oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, inzibati xəta haqqında protokollararda qeyd olunan əməlləri maddi imkanı olmaması səbəbindən törətmişdir. Zərərçəkmiş şəxs İ.E.İsmayılova dəymiş maddi ziyanı ödəmişdir. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcək. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, inzibati xəta törətmiş şəxs ona vurduğu maddi ziyanı tam həcmdə ödəmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis leytenantı X3 30 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs tərəfindən 1 ədəd 50 manat dəyərində samovarın oğurlanması faktına görə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis mayoru X5 23 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, 90 manat dəyərində 1 ədəd samovarın oğurlanması faktına görə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)- 240/2021nömrəli, 19 mart 2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs 16.01.2021-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində 26-cı küçədə yerləşən X1 məxsus fərdi yaşayış evindən 1 ədəd 50 manat dəyərində elektrik samovarını və 01.03.2021-ci il tarixdən 10.02.2021-ci il tarixə keçən gecə X2 məxsus “X10” ASC-nin cənub qərb kənarında olan ərazidə yerləşən həyət evindən 1 ədəd 90 manat dəyərində samovarı oğurlamışdır. Şəxs özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib edilmiş protokollar və inzibati xəta haqqında iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı Şəxs zərərçəkmiş şəxslərdən X4 ilə barışaraq ona vurulmuş ziyanı tam həcmdə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunan normaya əsasən Şəxs barəsində 01 mart 2021-ci il tarixli MN № ******* saylı protokola əsasən başlanmış icraata xitam verilməlidir. Digər protokol üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə Şəxs həmin əmələ görə təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və vurulmuş ziyanın miqdarını nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Azərbaycan Respublikası İXM-in 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində qeyd olunur ki, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qeyd olunan normanın tələbinə uyğun olaraq Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona gün ərzində 4 (dörd) saatdan çox olmamaq şərti ilə 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh təyin olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-240/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-240/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver