Məhkəmə qərarları › İş №3(043)-242/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-242/2021

03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-242/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxs X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Saatlı rayonu, Məmmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən daxil olmus inzibati materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində xx xxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2021-ci il tarixdə Şəxs qanunsuz olaraq 2.670 qram narkotik vasitə olan marixuananı üzərində gəzdirməklə İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 Qərb Bölgəsində regional şöbəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan torbacıqda ümumi çəkisi 2,86 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, təxminən 6 aydır ki, narkotik vasitə marixuanadan istifadə edir. 2020-ci ilin sentyabr ayının əvvəllərində yaşadığı kəndin ərazisində axan su kanalının yanında olan zaman 01 ədəd sellofan bükülü aşkar etmişdir. Həmin bükülüyə baxış keçirən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana oduğunu bilmiş və gələcəkdə istifadə etmək üçün götürmüşdür. Həmin narkotik vasitəni özü ilə birlikdə yaşadığı evə aparmış və istifadə etməyə başlamışdır. xx xxxxxx 2021-ci il tarixdə həmin kütlənin bir hissəsini üzərində saxlamış və yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 Qərb Bölgəsində regional şöbəsində üzərinə baxış keçirilərkən gödəkcəsinin cibində olan həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 Qərb bölgəsində regional şöbəsinin təhqiqatçısı Yunis Quliyev tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş, əməlində İXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin İTB-yə göndərilmişdir. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin xx xxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş 1 ədəd sellofan torbacıqda, çəkisi 2.670 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserin xx xxxx 2021-ci il tarixli, 188 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən su-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını araşdırıb, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 37.1.-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 Qərb Bölgəsində regional şöbəsində saxlanan 2.670 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2021-ci il tarixdən saat 01:00-dan hesablansın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 Qərb Bölgəsində regional şöbəsində saxlanan 2.670 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Gəncə Şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata alınması və narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət yaşadığı yer üzrə Saatlı rayon İcra və Probasiya Şöbəsinə və narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar