Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-243/2021 17.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Anar Cəfərovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Anar Cəfərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxx 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-2281/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, tələbkar Zərərçəkmiş şəxs əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 019/1 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb verilməklə Zərərçəkmiş şəxs əvvəlki işinə bərpa olması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş, icranın təmin edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2281/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 10-cu və 24-cü maddələrinə əsasən icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə bildirişindən məlum olmuşdur ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2281/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən apelyasiya şikayəti verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2281/2019 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə həmin icra işinin davam etdirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi xx.xx.2021-ci il tarixli məktubla Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2281/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin əmək haqqının ödənilməsi ilə bağlı 2020-ci ildə sair xərclər maddəsində nəzərdə tutulmadığını və 2021-ci ildə həmin xərc üçün vəsait nəzərdə tutularsa məcburi iş buraxma müddəti üçün əmək haqqının ödəniləcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqda təqsirlidir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Anar Cəfərov protokolun məzmununa uyğun çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədi 2019-cu ildə verilsə də həmin qətnamədən şikayət verildiyi üçün icra işi üzrə icraat dayandırılmış, icra işi 2020-ci ilin sonunda bərpa olunmuşdur. Belə ki, həmin mübahisə üzrə yekun qərar olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı xx xxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Bundan sonra qətnamənin icrası üçün pul vəsaitinin ayrılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, lakin həmin xərc 2020-ci ilin büdcəsində nəzərdə tutulmadığından 2020-ci ildə qətnamənin icrası mümkün olmamışdır. 2021-ci ilin büdcəsində isə qeyd edilən vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ayrılmışdır və yaxın günlərdə həmin vəsait tələbkara ödəniləcəkdir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2281/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 019/1 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb verilməklə Zərərçəkmiş şəxs əvvəlki işinə bərpa olması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2-(043)-2281/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərtkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Belə ki, Şəxs rəhbəri olduğu müəssisə dövlət büdcəsindən maliyyləşən təşkilat olduğundan müvafiq vəsaitin ayrılması bilavasitə Şəxs asılı deyildir. Şəxs həmin vəsaitin ayrılması üçün aidiyyəti üzrə yuxarı orqana müraciət etmiş, yəni qətnamənin icrası üçün onun üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-243/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-243/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver