Məhkəmə qərarları › İş №3(043)-245/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-245/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-245/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X4 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X2 şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Gəncə şəhər DYPŞ tərəfindən barəmdə İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Şikayətdə göstərilmişdir ki, o, məcburi köçkün, İ Qarabağ müharibəsi veteranı və İİ qrup Qarabağ əlilidir. O ailəlidir və iki övladı var, ailəsi ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə bina 24, mənzil 12-də məskunlaşmışdır. Onun özünə məxsus ** BN *** dövlət qeydiyyat nişanlı Zil 5301AO markalı yük avtomobili var. Həmin yük avtomobili ilə yük daşımaqla ailəsini dolandırır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında müştərinin yükünün daşınması üçün işə gedən zaman Gəncə şəhəri Ş.İ.Xətai prospektində (Abbas Səhhət xəstəxanasının yaxınlığında) X12 xidmətinin inspektoru polis kiçik serjantı X8 ona məxsus olan Zil 5301AO markalı, ** BN *** dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlamış və sənədlərini tələb etmişdir. O polis əməkdaşından onu hansı səbəbdən saxlamasını şoruşmuş, müştərinin işinin ardınca getdiyindən tələsdiyini bildirmiş və icazəsi ilə getmək istədiyini xahiş etmişdir. Lakin polis əməkdaşı, ona sənədlərini təqdim etməyini bildirmişdir. O sənədləri ona təqdim etdikdən sonra, polis əməkdaşı, ona bildirmişdir ki, “sənin avtomobilində əlavə avadanlıqlar qurraşdırılıb və sənə cərimə yazacağam”. Onun avtomobili yük avtomobili olduğundan və avtomobilə hər hansı əlavə avadanlıq quraşdırmadığından polis əməkdaşının sözləri ona çox maraqlı gəlmişdir. Beləliklə, o polis əməkdaşından hansı əlavə avadanlıqların quraşdırılmasım soruş, polis əməkdaşı, ona bildirmişdir ki, “avtomobilin yük hissəsində olan yükün üzərinə çəkilməli olan tentə (çadıra) görə sənə cərimə yazacağam”. O polis əməkdaşına tentin (çadırın) əlavə avadanlıq və ya dəyişiklik olmamasını bildirsə də polis əməkdaşı, onun iradına əhəmiyyət verməyərək onun avtomobilini cərimə meydançasına apararaq orada Azərbaycan Respublikasının İXM-nin 342.5-ci və 342.2.2-ci maddələri ilə protokol tərtib edərək onu 150 manat cərimə etmiş və həmin tenti (çadırı) ona sökdürmüşdür. Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsində normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsindən söhbət getdiyi halda o başa düşə bilmir ki, avtomobilin yük daşman hissəsinə tent (çadır) çəkməklə hansı normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsindən yol verilmişdir. Burada hər hansı bir pozuntudan söhbət belə gedə bilməz. O polis əməkdaşına onun hərəkətinin qanunsuz olmasını bildirsə də polis əməkdaşı onun sözlərinə heç bir əhəmiyyət verməyərək öz bildiyi kimi hərəkətlər etmişdir. O, Daxili İşlər Nazirliyinin 102 çarğı mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Xidmətdən ona bildirdirmişlər ki, şikayətiniz qeydə alınmış və şikayətiniz araşdırılaraq Sizə məlumat veriləcəkdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər BPİ-nin X13 Şöbəsindən məktub almışdır. Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər BPİ-nin X3 ünvanlanan xx.xx.2021-ci il tarixli 317-1286-1221 saylı məktubda şikayətinin araşdırılması haqqında hər hansı bir məlumat yazmayaraq barəsində tərtib olunmuş inzibati protokoldan məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu yazılmışdır. Daxili İşlər Nazirliyi etdiyim şikayətə baxmayaraq hər hansı araşdırma aparmadığı üçün məcbur olub hazırki şikayət ilə məhkəməyə müraciət etmişdir. O sözügedən qərarla razı deyildir. Hesab edir ki, xx.xx.2021-ci il tarixli TP ******* saylı qərar tam qanunsuz və sassızdır. Ona görə də həmin qərar ləğv edilməlidir. Qərarı məhkəmə qaydasında mübahisələndirmək onun konstitusion hüququdur. O də bu hüququndan istifadə edərək həmin qərarı mübahisələndirərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; X1 xx.xx.2021-ci il tarixdə məhkəməyə şikayət versə də xx.xx.2021-ci il tarixli qərar barədə daha gec məlumatlandırılması ilə bağlı sübut təqdim etməmiş, qərarın sürətini nə vaxt almasını şikayətində göstərməmişdir. Belə ki, qərarın qəbul edildiyi vaxtdan uzun müddət keçmiş, həmin qərarın İXM-nə uyğun olaraq şikayətçiyə nə vaxt verilməsi barədə hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü X5 şikayətində inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN № ******* saylı qərarı nə vaxt almasını göstərməmiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərardan şikayət müddət ötürüldükdən sonra verilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: X4 xx.xx.2021-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar