Məhkəmə qərarları › İş №3(043)-247/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-247/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-247/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin inspektoru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən Şəxs MMC-yə məxsus Bolmart supermarketdə xx.xx.2021-ci il tarixdə keçirilən yanğın-texniki müayinə zamanı YTQ nömrə 01-2001, bənd 9.1, YTQ nömrə 03-2002, bənd 3.10.16 pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin inspektoru X3 izahatında göstərdi ki, X4 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC-də üzrə yoxlama aparılmış, yanğıntexniki müayinə keçirilmişdir. Müayinə zamanı hüquqi şəxs tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozuntuları aşkar edilmişdir. Lakin məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilərkən, müəyyən olunmuşdur ki, həmin sənədlər həqiqətən mövcud olmuşdur. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi siqnalizasiya sisteminin servis aktını, təxliyyə planını və kabellərin və naqillərin izolyasiyasının ölçülməsi protokolunu təqdim edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən aparılan yanğın-texniki müayinə zamanı anlaşılmazlıq olmuş, tələb olunan həmin sənədlər onlarda mövcud olsa da Gəncə şəhərində yerləşən mağazanın müdiri tərəfindən təqdim edilə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, 0601 nömrəli qərarından görünür ki, illik plana əsasən "Şəxs” MMC-də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin Çıxarışdan görünür ki, aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 0601 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, "Şəxs” MMC-yə məxsus, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən təsərrüfat obyektində aparılmış yoxlama zamanı “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9.1, 2.5, 9.1 və 3.19.16-cı bəndlərində nəzərdə tutulmuş tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, "Şəxs” MMC-nin İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərtkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, "Şəxs” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilməmişdir. Ona görə də "Şəxs” MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: "Şəxs” MMC barəsində Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar