Məhkəmə qərarları › İş №3(043)-25/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-25/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-25/2021 15.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, protokol tərtib etmiş Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin X2 sahə rəisi, polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X6 və X1 iştirakları ilə; xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Kəlbəcər rayonu, Çərəkdar kəndində qeydiyyatda olan və Samux rayonu, İnstitut qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin X2 sahə rəisi, polis baş leytenantı X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN ******* və ******* nömrəli protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokollarda qeyd edilir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində X8 məxsus «VAZ-2107» markalı ** KS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ yan qabaq qapısının kilidinə dəmir alətlə fiziki təsir edib açaraq avtomobilin salonundan 200 ( iki yüz ) manat dəyərində «Pioner» markalı maqnitofon və 150 (yüz əlli) manat pul gizli yolla oğurlamışdır. Bundan əlavə Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:00-dan saat 23:30-dək olan müddətdə Gəncə şəhəri Bayraq Meydanı adlanan ərazidə yerləşən Park House adlı kafenin yaxınlığında X3 məxsus VAZ 2107 markalı, ** KK *** markalı avtomaşınının sol ön qapısının kilidini açmaq yolu ilə avtomaşının salon hissəsində olan 1 ədəd 180 manat dəyərində Pioner markalı maqnitofonu oğurlamışdır. Bununla da onun tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin X2 sahə rəisi, polis baş leytenantı X9 çıxış edərək bildirdi ki, qeyd olunmuş inzibati xətaların Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından hər iki material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində X8 məxsus «VAZ-2107» markalı ** KS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ yan qabaq qapısının kilidinə dəmir alətlə fiziki təsir edib açaraq avtomobilin salonundan 200 ( iki yüz ) manat dəyərində «Pioner» markalı maqnitofon və 150 (yüz əlli) manat pul gizli yolla oğurlamışdır. Bundan əlavə xx.xx.2020-ci il tarixdə saat 22:00-dan saat 23:30-dək olan müddətdə Gəncə şəhəri Bayraq Meydanı adlanan ərazidə yerləşən Park House adlı kafenin yaxınlığında X3 məxsus VAZ 2107 markalı, ** KK *** markalı avtomaşınının sol ön qapısının kilidini açmaq yolu ilə avtomaşının salon hissəsində olan 1 ədəd 180 manat dəyərində Pioner markalı maqnitofonu oğurlamışdır. Oğurladığı maqnitofonu tanımadığı şəxslərə satmış, həmin pulu öz ehtiyaclarını qarşılamaq üçün istifadə etmişdir. Törətdiyi əməldən peşmandır və hazırda iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəyərək onlarla barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş maddi ziyanı Şəxs tərəfindən tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş maddi ziyanı Şəxs tərəfindən tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X6 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, əməldə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, əməldə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini və onlarla barışmasını, eləcə də İXM-in yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-in 53.0.10-cu maddəsinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar