Məhkəmə qərarları › İş №3(043)-254/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-254/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-254/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Qərb Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 və barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin direktoru X1 iştirakı ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs QSC-in barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen **********) QSC tərəfindən 27.03.2020-ci il tarixli №27/03/20 saylı müqavilə əsasında 03.04.2020-ci il tarixli **********8721 saylı gömrük bəyannaməsi üzrə 19255 kq , dəyəri 34509,59 ABŞ dolları olan “nar şirəsi” yükü rəsmiləşdirilərək Rusiya Federasiyası, Moskva şəhərində yerləşən “Telli-Konserv” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs QSC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyərinin bir hissəsi 30273,16 ABŞ dolları məbləğində valyuta vəsaiti QSC-nin hesabına geri köçürülmüş lakin 4236,43 (dörd min iki otuz altı, qırx üç) ABŞ dolları və yaxud 7201,931 (yeddi min iki yüz bir, doqquz yüz otuz bir) manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. 03.04.2020-ci il tarixində bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu və hesablama aparılaraq Xarici iqtisadi fəaliyyətinin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 7201,931 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin direktoru X2 göstərdi ki, 02.04.2020-ci il tarixdə Rusiyaya mal göndərilmişdir. Malın dəyərinin bir hissəsini ödədikdən sonra mövcud pandemiya ilə əlaqədar olaraq ödənişi dayandırmışlar. Barələrində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında Qərb Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 göstərdi ki, Şəxs QSC tərəfindən ixrac edilən bəyannamə üzrə 30273,16 ABŞ dolları məbləğində valyuta vəsaiti QSC-nin hesabına geri köçürülmüş lakin 4236,43 (dörd min iki otuz altı, qırx üç) ABŞ dolları və yaxud 7201,931 (yeddi min iki yüz bir, doqquz yüz otuz bir) manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində xaricdən qaytarılması təmin edilmədiyi üçün İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin şəxsin nümayəndəsinin izahatını dinləyib inzibati materialı araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs QSC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen **********) QSC tərəfindən 27.03.2020-ci il tarixli №27/03/20 saylı müqavilə əsasında 03.04.2020-ci il tarixli **********8721 saylı gömrük bəyannaməsi üzrə 19255 kq,dəyəri 34509,59 ABŞ dolları olan “nar şirəsi” yükü rəsmiləşdirilərək Rusiya Federasiyası, Moskva şəhərində yerləşən “Telli-Konserv” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs QSC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyərinin bir hissəsi 30273,16 ABŞ dolları məbləğində valyuta vəsaiti QSC-nin hesabına geri köçürülmüş lakin 4236,43 (dörd min iki otuz altı, qırx üç) ABŞ dolları və yaxud 7201,931 (yeddi min iki yüz bir, doqquz yüz otuz bir) manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs (Vöen **********) QSC-nin İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs (Vöen **********) QSC-nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs (Vöen **********) QSC-yə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın Azərbaycan manatına olan dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen **********) QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 4236,43 (dörd min iki otuz altı ABŞ dolları 43 sent) ABŞ dolları xarici valyutanın Azərbaycan manatına olan dəyərinin 7201,931 (yeddi min iki yüz bir manat, doqquz yüz otuz bir) manatın 30 faizi məbləğində - yəni 2160,50 (iki min yüz altmış manat 50 qəpik) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar