Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-255/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bərdə rayonu, Güloğlular kəndndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, Kəlbəcər rayonu, Almalıq kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Natavan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 327.1, 332.1, 332.2 və 511.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsnin polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 511.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokoldan və inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:26 radələrində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə, nəqliyyat vasitəsinin etibarnamə olmadan və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsinə görə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və yol hərəkət qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müsaiyət olunan qərəzli hərəkətlərə yol vermişdir. Bununla da, o, İXM-in 327.1, 332.1, 332.2 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, VAZ-21074 markalı ** EC *** qeydiyyat nişanlı avtomobil qohumu olan bibisi oğlu Verdiyev Röyal Əkbər oğluna məxsusdur. xx.xx.2021-ci il tarixdə, saat 23:26 radələrində həmin avtomobili o idarə etmişdir. Ancaq atomobili idarə etməyə onun nə sürücülük vəsiqəsi, nə də etibarnaməsi olmamışdır. Həmin gün qar yağdığından yol buz bağlamışdır. İlk qar yağdığı üçün həvəslənərək avtomobili Gəncə şəhəri, X4 prospekti, Texnologiya Universitetinin qarşısında bir neçə dəvə fırlatmaqla müxtəlif manevrlər etmişdir. Hazırda törətdiyi əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Gəncə şəhər Baş Polis İdarəsinin təhlükəsiz şəhər xidmətinin inspektoru, polis kapitanı Vüqar Abbasov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 23:26 radələrində VAZ-21074 markalı ** EC *** qeydiyyat nişanlı avtomobilin təhlükəli manevr hərəkətləri etməsi Gəncə şəhəri Baş Polis İdarəsinin “Təhlükəsizlik şəhər xidmətinin” kameraları vasitəsi ilə qeydə alınmışdır. İnzibati xətanın göründüsünü əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gəncə şəhəri, X4 prospektində Texnologiya Universitetinin qarşısında buz örtüklü asfaltda idarə etdiyi VAZ-21074 markalı ** EC *** qeydiyyat nömrə nişanlı avtomobili bir neçə dəvə fırlatmaqla təhlükəli manevrlər etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək ictimai qaydanı pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və yol hərəkət qaydalarını müxtəlif təhlükəli üsullarla davamlı olaraq pozulması ilə müsaiyət olunan qərəzli hərəkətlərə yol vermişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 332.1, 332.2 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İXM-in 511.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi . Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını İXM-in 32.1.1 maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, yəni həmin vaxt hava şəraiti ilə bağlı avtomobillərdən mümkün qədər istifadə olunmamasının tövsiyyə olunduğu təhlükəli bir şəraitdə sürücülük hüququ olmadan belə bir xətanı törətməsini nəzərə alaraq onu qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məhkəmə məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 511.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 511.1-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-255/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-255/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver