Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-257/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 iştirakı ilə; xx.xx.1982-ci ildə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Goranboy rayonu, Xoylu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X3 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 13 radələrində X4 çayxanada vitrinin üzərinə qoyduğu özünə məxsus 400 manat dəyərində İMEİ kodu **********916723, **********896725 olan “X10 8” markalı mobil telefonu oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X3 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, evlidir, heç bir yerdə işləmir və əlilliyi yoxdur, əvvəllərdə cinayət törətmişdir. X4 müraciəti ilə tanış olmuşdur. Azər Musayev ilə düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 13 radələrində Gəncə şəhəri 4-cü mikrorayon, A.Səhhət xəstəxanası ilə qarşı-qarşıya olan binanın zirzəmisində yerləşən çayçıda tək oturub çay içib, çayxanadan çıxan zaman çayçının içərisində vitrinin üzərində 1 ədəd qara rəngli “X10 8” markalı mobil telefonu görmüş, çay satan şəxsin olmadığını görüb həmin mobil telefonu oğurlayıb götürərək gödəkçəsinin cibinə qoyub Gəncə şəhərində yerləşən mərkəzi univermağa getmiş, lakin oğurladığı mobil telefonu univermaqda sata bilməmişdir. Gəncə şəhəri dəmir yolu vağzalının yaxınlığına gedərək orada tanımadığı adama 120 manata sataraq Şəmkir rayonuna gedib orada kafedə yemək yeyib spirtli içki qəbul etmişdir. Telefonu satdığı şəxs həmin telefonun oğurluq olmasını bilməmiş ona məxsus şəxsiyyət vəsiqəsinin sürətini də götürmüşdür. Oğurladığı “X10 8” markalı mobil telefonun satışından əldə etdiyi pulu isə kafedə yemək yeyib spirtli içkiyə xərcləmişdir. Törətdiyi əməllərə görə çox peşmandır və maddi imkanı olmadığından zərərçəkmiş şəxsə vurduğu maddi zərəri ödəməsi mümkün deyildir. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadə verərək bildirdi ki, İMEİ kodu **********916723, **********896725 olan “X10 8” markalı mobil telefonu onun bacısına məxsusdur və 3 aydır ki kreditlə almışdır. 2015-ci il tarixdən Gəncə şəhəri 4-cti mikrorayon 15 nömrəli binanın zirzəmisində yerləşən Hafiz Əliyevə məxsus çayxanada çayçı işləyir. xx.xx.2021-ci il tarixdə saat 13:30 radələrində işdə olan zaman müştərilər ondan çay istədiyi üçün özünə məxsus olan X11 8 markalı, mobil telefonunu çayxanada vitrinin üzərinə qoymuş, təxminən 5 dəqiqə müddətində çayları süzüb müştərilərə verdikdən sonra vitrinin yanma qayıdan zaman mobil telefonunun olmadığını görmüşdür. O, hər yeri axtarıb, müştərilərdən soruşsada telefonunu tapa bilməmişdir, mobil telefonuna zəng etsədə zənginə cavab verən olmamış və telefon söndürülmüşdür. Bu zaman ona məlum olmuşdur ki. naməlum şəxs mobil telefonu oğurlamışdır. O. da dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs ona məxsus mobil telefonu şəxsiyyət vəsiqəsi ilə satmışdır. Telefonu alan şəxs telefonu formatlayıb və ona 210 manat verəcəyi təqdirdə telefonu ona verəcəyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və şikayətini müdafiə edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Kəpəz PB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “inzibаti qаydаdа tutmа hаqqındа” xx.xx.2021-ci il tarixli, ******* nömrəli prоtоkоldаn görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 12:20-də inzibаti qаydаdа tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İşdə olan tələbnamədən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki), 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsini və məhkumluğu ödənilmədən yenidən xırda talama inzibati xəta törətməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu xx xxxx 2021-ci il tarixdən saat 12:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 02 (iki) ay müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu xx xxxx 2021-ci il tarixdən saat 12:20-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X5 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-257/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-257/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver