Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-26/2021 15.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı Möyləyev Tahir Rafiq oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan barəsində cinayət işi aparılan, Gəncə şəhəri, N.Nərimanov küçəsi ev 28, mənzil 6-da qeydiyyatda olan və Gəncə şəhəri, Atatürk prospekti 237, bina 3, mənzil 11-də yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında MN 0906437, MN ******* və MN ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Möyləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2020ci il tarixdə saat təxminən 15 radələrində X3 50 manat pulunu dələduzluq yolu ilə mənimsəmiş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Möyləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə olan vaxt ərzində X2 məxsus VAZ-2107 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən 1 ədəd 80 AZN dəyərində akumlyatoru oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Möyləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində X4 50 manat pulunu dələduzluq yolu ilə mənimsəmiş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Möyləyev Tahir Rafiq oğlu çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından hər üç material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, evlidir, heç bir yerdə işləmir və əlilliyi yoxdur, əvvəllərdə inzibati qaydada tənbeh olunmuşdur. O, X6 ilə birlikdə əvvəlləcədən aralarında olan razılığa uyğun olaraq xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində VAZ 21011 markalı avtomobilə sərnişin qismində əyləşmişlər, Arzu Puşkaryov sürücüdən 50 manat xırda pulu alaraq yaşadığı evə çatdıqda ona bütöv 50 manatlıq pul əskinası verəcəyini ved vermiş, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən 2 mərtəbəli yaşayış binasının qarşısında avtomobildən düşüb getmişdir. O da bir az gözlədikdən sonra pulu gətirmək bəhanəsi ilə avtomobildən düşüb qaçmışdır. Həmin əlli manat pulu Arzu ilə aralarında bərabər bölmüşlər. Bundan başqa o, X6 ilə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə olan vaxt ərzində yaşadığı evin yaxınlığında VAZ-2107 markalı avtomobilindən 1 ədəd akumlyatoru oğurlamışlar və tanımadıqları şəxsə 30 manata satmışlar. Bundan başqa o, X6 ilə birlikdə əvvəlləcədən aralarında olan razılığa uyğun olaraq xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində VAZ 21099 markalı avtomobilə sərnişin qismində əyləşmişlər və sürücüyə Gəncə şəhəri DOS 6 adlanan əraziyə aparacağını bildirmişlər, o, avtomobildən düşərkən sürücüdən xırda kimi 1 ədəd 10 manat, 2 ədəd 20 manat olmaqla ümumilikdə 50 manat pul alıb ona evdən bütün 50 manatlıq pul əskinası gətirəcəyini ved vermiş və avtomobildən düşüb getmiş, bir az gözlədikdən sonra Arzu Puşkaryov pulu gətirmək bəhanəsi ilə avtomobildən düşüb qaçmışdır. Həmin əlli manat pulu Arzu ilə aralarında bərabər bölmüşlər. Həmin əməlləri o maddi ehtiyacı olduğu üçün törətmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, əməldə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, əməldə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, əməldə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN 0906437, MN ******* və MN ******* nömrəli inzibati protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İşdə olan portaldan çıxarışdan və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(043)-257/2020 saylı qərarın surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 (bir) ay müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-in 32.1.1-ci maddəsi), məsuliyyəti ağırlaşdıran hal kimi isə əməlin bir qrup şəxs tərəfindən törədilməsini (İXM-in 33.1.5-ci maddəsi) və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.2-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, məhkəmə qərarının qəbul edildiyi tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 02 (iki) ay müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin X8 həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-26/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-26/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver