Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-267/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzr icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-nin DYPŞ-nin daxil olmuş inzibati xəta materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilərək Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə (DYPŞ) məhkəmə iclаsının vахtı və yеri bаrədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs anket məlumatları götürülərkən onun ünvan 1 ünvanda qeydiyyatda olduğu və yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hərəkətsizliklə törədildiyindən fiziki şəxsin yaşayış yeri inzibati xətanın törədildiyi yer hesab olunur. Buna görə də işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 110, 112, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-267/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-267/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver