Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-270/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Polis polkovniki X5 tərəfindən qəbul edilən EQ ******* saylı, 27 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Polis polkovniki X5 tərəfindən qəbul edilən EQ ******* saylı, 27 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, 27.01.2021-ci il tarixdə ünvan 1 ünvanında saat 13:54 radələrində ona məxsus “Chevrolet Aveo” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində qeyd olunur ki, Nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. O qanunla müəyyən edilmiş avtomobilimi texniki baxışdan keçirmək üçün Gəncə DYP İdarəsinin texniki baxış şöbəsinə müraciət etmişdir. Lakin, texniki baxış şöbəsində barəmdə qəbul olunmuş 26.12.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icra olunmadığını əsas gətirərək avtomobilini texniki baxışdan keçirməkdən imtina etmişlər. O bu qərarla razılaşmır. Belə ki, həmin barəsində qəbul edilmiş yuxarıda qeyd etdiyi elektron qərar qanunun tələbləri pozulmaqla qəbul edilmişdir. İlk olaraq qeyd etmək istəyir ki, adına qeydiyyata alınmış “ASANPAY” elektron kabinetində sözügedən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkün deyil. Belə ki, şəxsi kabinetində inzibati xətanın törədilməsinə dair “video görüntü” əlavə edilməmişdir. Bundan başqa barəsində qəbul olunmuş 26.12.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(044)-222/2021 saylı qərarına əsasən ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Lakin, buna baxmayaraq, Gəncə DYP İdarəsinin texniki baxış şöbəsi avtomobilini texniki baxışdan keçirməkdən imtina etmişdir. Hesab edir ki, onun konstitusiyada təsbit olunmuş insan hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, o, heç bir inzibati xəta törətməmişdir və bu səbəbdən də ona tətbiq edilmiş cərimə cəzası silinməlidir. Şikayət vermiş X6 31.03.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olamdan keçirilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Polis polkovniki X2 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati xəta ilə bağlı materiallar və sübutlar məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(044)-222/2021 saylı qərarından görünür ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 26.12.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan EQ ******* saylı, 27 yanvar 2021-ci il tarixli elektron Qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında qərarı, şikayət və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X6 barəsində tərtib edilmiş 27 yanvar 2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin 8-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrində bu Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir. Bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, X6 barəsində qəbul olunmuş 26.12.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(044)- 222/2021 saylı qərarı ilə ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə baxmayaraq, Gəncə DYP İdarəsinin texniki baxış şöbəsi X3 məxsus avtomobili texniki baxışdan keçirməkdən imtina edərək, həmin şəxs barəsində təkrarən 27 yanvar 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı X1 təqsirli olması, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmiş, DYP İdarəsi qeyd edilən məsələyə münasibət bildirməmişdir. İXM-in 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131 -ci və 134-cü maddələrini rəhbər tutaraq, qərara aldı: X1 şikayəti təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə “inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, EQ ******* saylı qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №3(043)-270/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-270/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver