Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-276/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 İdarəsindən Şəxs MMC-nin barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında bildirdi ki, Gəncə Regional X5 İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMCyə məxsus “Bolmart” ərzaq mağazasında plan üzrə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı bir neçə qanun pozuntuları aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, hazırda Şəxs MMC tərəfindən yol verilmiş pozuntular aradan qalxdığından Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, Şəxs MMC-yə məxsus “Bolmart” ərzaq mağazasında xx.xx.2021-ci il tarixdə yanğıntexniki müayinə aparılmışdır. Müayinə zamanı aşkar olunan nöqsanlarla bağlı müvafiq sənədləri təqdim edə bilməmişlər. Hazırda isə həmin sənədləri məhkəməyə təqdim edirlər. Odur ki, hüquqi şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə Regional X5 Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, 0780 nömrəli qərarından görünür ki, illik plana əsasən Şəxs MMC-də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 0150 nömrəli, xx xxxx 2021-ci il tarixli yanğıntexniki müayinə aktından görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Bolmart” ərzaq mağazasında aparılan yanğın-texniki müayinəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının 2.5 və 9.1-ci bəndlərinin pozulması aşkar edilmişdir. “Yanğın təhlükəsizliyi qaydalarının” 2.5-ci bəndində göstərilir ki, bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün «köçürmə» planların işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır. Həmin Qaydaların 9.1-ci bəndində göstərilir ki, yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat tə`miri (TX və PET) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq həyata keçirilməlidir. TX və PET xüsusi tə`lim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Təxliyyə planı” və “Siqnalizasiya sisteminin servis aktı”ndan görünür ki, ünvan 1 ünvanında yerləşən “Bolmart” marketdə yanğın zamanı insanların köçürülməsi üçün “köçürülmə planı” işlənib hazırlanmış, eyni zamanda həmin obyektdə yanğın əleyhinə avtomatik xəbərvermə sistemi tam işlək vəziyyətdə sifarişçiyə təhvil verilmişdir. Göründüyü kimi, hazırkı halda Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Bolmart” marketdə inzibati xəta haqqında protokolda qeyd edilən nöqsanların olmaması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən pozuntuların hazırda mövcud olmaması müəyyən olunduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-276/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-276/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver