Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-277/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X2 barəsində Gəncə şəhər Nizami RPİ-nin rəisi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər Nizami RPİ-nin rəisi X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ona bildiriş göndərildikdən sonra cərimə tətbiq edilməsi barədə xəbəri olmuşdur. Onun səhhətində “nəfəs darlığı” problemi var. Hazırda Gəncə şəhər X4 qeydiyyatdadır və səhətində olan problemlə bağlı bir sıra əsasları vardır. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə ictimai nəqliyyatda olarkən tibbi maskadan istifadə etməsinə baxmayaraq, onun səhhətində nəfəs darlığı problemi olduğundan tibbi maskanı çənə nahiyəsinə endirmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla belə hesab edir ki, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar əsassız tərtib edilmişdir. Ona görə də, şikayətin təmin edilməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Bununla da X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə, o cümlədən şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsinin məcburi olması qərara alınmışdır. İş materiallarından və X1 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ictimai nəqliyyatda tibbi maskanı nəfəs darlığı olduğundan çənə nahiyəsində saxlamışdır. Həmin vaxt tibbi maskadan düzgün istifadə etmədiyinə görə səlahiyyətli orqanın əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə o, İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində cərimə edilir. X2, ictimai nəqliyyatda olarkən onda olan nəfəs darlığı problemi ilə əlaqədar olaraq tibbi maskanı çənə nahiyəsinə endirməsini bildirsə də, bu hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas vermir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 tibbi maskadan düzgün istifadə etməməsi nəticəsində karantin rejimi qaydalarını pozması və bununla da İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, X2 barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər Nizami RPİ-nin rəisi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-277/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-277/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver