Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-279/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* və MN ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X6 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat Gəncə şəhəri, E.Allahverdiyev küçəsində yerləşən X9 məxsus fərdi yaşayış evindən 1 ədəd 90 manat dəyərində olan su radiatorunu oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis başleytenantı X6 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, 3-cü mikrorayon, bina 15, mənzil 44-də yaşayan X2 məxsus binanın damında yerləşən 1 ədəd 100 manat dəyərində olan su nasosunu oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X6 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından hər iki material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, evlidir, heç bir yerdə işləmir və əlilliyi yoxdur, əvvəllərdə cinayət törətmişdir. xx.xx.2021-ci il tarixdə gecə vaxtı Gəncə şəhəri, E.Allahverdiyev küçəsində yerləşən sonradan adını bildiyi X9 məxsus fərdi yaşayış evinə daxil olaraq 1 ədəd 90 manat dəyərində olan su radiatorunu oğurlamış və tanımadığı adama 35 manata satmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə günorta vaxtı Gəncə şəhəri, 3-cü mikrorayon, bina 15, mənzil 44-də yaşayan sonradan adını bildiyi X2 məxsus binanın damında yerləşən 1 ədəd 100 manat dəyərində su nasosunu hidrofonla birlikdə oğurlamış və tanımadığı adama 40 manata satmışdır. Törətdiyi əməllərə görə çox peşmandır və maddi imkanı olmadığından hazırda zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri ödəməsi mümkün deyildir. Məhkəmədən xəstə anasının olmasını nəzərə alaraq onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, zərərçəkmiş şəxs X3 onun oğludur. xx.xx.2021-ci il tarixdə saat 14-19 radələrində olan vaxt ərzində Gəncə şəhəri, 3-cü mikrorayon, 15 saylı binanın, 44 saylı mənzilinə məxsus binanın damında quraşdırılmış su nasosunu hidrofonla birlikdə oğurlanmışdır və oğurluq edən şəxs tərəfindən su krantı qırıldığından bakın suy onun evinə düşmüş və evini su basmış, dəymiş maddi zərər ödənilməmişdir. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, zərərçəkmiş X3 ona dəymiş zərərin ödənilmədiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu və dəymiş zərərin ödənilməsini bildirərək, işləri ilə bağlı Bakı şəhərində olduğundan gələ bilmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxs X1 iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti iş üzrə maraqlı tərəflərə və xırda talama inzibati xətasını törətmiş şəxs(lər)in müəyyən edilərək barələrində inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz RPİ-yə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Kəpəz PB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “inzibаti qаydаdа tutmа hаqqındа” xx.xx.2021-ci il tarixli, ******* nömrəli prоtоkоldаn görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 13:00-da inzibаti qаydаdа tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* və MN ******* nömrəli inzibati protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İşdə olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-90/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şəxs bu iş üzrə şübhəli şəxs və qətimkan tədbiri qismində “həbs”də saxlandığı 24 günün bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 06 (gün) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu xx xxxx 2021-ci il tarixdən saat 13:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 02 (iki) ay müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu xx xxxx 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X10 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-279/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-279/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver