Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-28/2022 21.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3 və barəsində protokol tərtib edilən şəxs Şəxs MMC-in nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 507-ci maddələri ilə Qərb Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Şəxs MMC-in barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 482.1 və 507-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Şəxs MMC-in ünvanına Türkiyə Respublikasından DZ277ZZ/AV965V dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində 29.11.2021-ci il tarixdə Qırmızı Körpü gömrük postundan daxil olaraq təyinatı üzrə rəsmiləşdirilməsi üçün Qərb Ərazi Bas Gömrük İdarəsinə gəlmiş və 01.12.2021-ci il tarixli **********8352 nömrəli Yük Gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara 02.12.2021-ci il tarixdə Daşkəsən rayonu ərazisində Qərb Ərazi Bas Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməkdaşları tərəfindən, Şəxs MMC-in etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə DZ277ZZ/AV965V dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən Daşkəsən rayonunda yerləşən "xxxx" MMC-və məxsus anbara gömrük nəzarəti altında boşaldılaraq gömrük baxışı keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində 01.12.2021-ci il tarixli **********8352 nömrəli bəyannamədə bəyan edilən mallardan əlavə, bəyannamədə göstərilməmiş bəyan edilməmiş və ölkə ərazisinə idxal olunması üçün müvafiq dövlət qurumlarının icazə sənədlərində göstərilməyən lisenziya tələb olunan malların icazə sənədləri olmadan idxal edilən: 1.Kapeksdet SD 42 ms 7m-1190 ədəd, 2. Kapeksdet SD 42MS 8m - 91 ədəd, 3.Kapeksdet Dual 25/500 9m- 248 ədəd, 4.Kapeksdet SD 25 MS 10m-38 ədəd, 5.Kapeksdet Dual 25/500 11m-335 ədəd, 11 .Kapeksdet Dual 25/500 20 m-63 ədəd, 12.Kapeksdet Dual 25/500 21m-36 ədəd, 13.Kapeksdet Dual 25/500 23m-8 ədəd, 14. Kapeksdet Dual 25/500 24m-47 ədəd, 15.Kapeksdet Dual 25/500 25m-2 ədəd partlayış vasitələri olan mallar aşkar edilərək saxlanılmışdır. 01.12.2021-ci il tarixli Gömrük bəvannaməsindədə bəyan edilməyən DZ277ZZ/AV965V qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsində aşkar olunan mallar 02.12.2021-ci il tarixdə akt əsasında təhlükəsizlik qaydalarına əməl edilməklə Şəxs MMC-in məsuliyyəti altında Daşkəsən rayonunda yerləşən "xxxx" MMC-və məxsus 3 saylı anbara saxlanılması üçün təhvil verilmişdir Məhkəmə iclasında protokol tərtib edən şəxs Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X7 bildirdi ki, Şəxs MMC-in ünvanına Türkiyə Respublikasından DZ277ZZ/AV965V dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində 29.11.2021-ci il tarixdə Qırmızı Körpü gömrük postundan daxil olaraq təyinatı üzrə rəsmiləşdirilməsi üçün Qərb Ərazi Bas Gömrük İdarəsinə gəlmiş və 01.12.2021-ci il tarixli **********8352 nömrəli Yük Gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara 02.12.2021-ci il tarixdə Daşkəsən rayonu ərazisində Qərb Ərazi Bas Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməkdaşları tərəfindən, Şəxs MMC-in etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə DZ277ZZ/AV965V dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən Daşkəsən rayonunda yerləşən "xxxx" MMC-və məxsus anbara gömrük nəzarəti altında boşaldılaraq gömrük baxışı keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində 01.12.2021-ci il tarixli **********8352 nömrəli bəyannamədə bəyan edilən mallardan əlavə, bəyannamədə göstərilməmiş bəyan edilməmiş və ölkə ərazisinə idxal olunması üçün müvafiq dövlət qurumlarının icazə sənədlərində göstərilməyən lisenziya tələb olunan malların icazə sənədləri olmadan idxal edilən xüsusi icazə olmadan 15 adda mallar aşkar olunmuşdur. Həmin malların ümumi dəyəri 12489,40 olmuşdur. Məhkəmə iclasında barəsində protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X8 izahatında göstərdi ki, aşkar edilən və bəyannamədə göstərilməyən mallar MMC-in göndərdiyi sifarişə uyğun deyildir. Belə ki, ixracatçı şirkət tərəfindən səhv olaraq sifarişə uyğun olmayan mallar qoyulmuşdur. Bundan Şəxs MMC-in rəhbərliyinin məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş, malların yoxlanması və yükə baxış keçirilməsi haqqında 02.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-in ünvanına Türkiyə Respublikasından DZ277ZZ/AV965V dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində 29.11.2021-ci il tarixdə Qırmızı Körpü gömrük postundan daxil olaraq təyinatı üzrə Qərb Ərazi Bas Gömrük İdarəsinə gəlmiş və 01.12.2021-ci il tarixli **********8352 nömrəli Yük Gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara Daşkəsən rayonu ərazisində yerləşən "xxxx" MMC-in anbarında gömrük baxışı keçirilmişdir. **********8352 sorğu nömrəli GBdə düzgün bəyan edilməyən və həmin partlayıcı maddələrin ölkə ərazisində idxalına verilmiş Azərbaycan Respublikasının FHN-in icazə sənədində göstərilməyən 1Kapeksdet SD 42 ms 7m-1190 ədəd, 2. Kapeksdet SD 42MS 8m - 91 ədəd, 3.Kapeksdet Dual 25/500 9m-248 ədəd, 4.Kapeksdet SD 25 MS 10m-38 ədəd, 11 .Kapeksdet Dual 25/500 20 m-63 ədəd, 12.Kapeksdet Dual 25/500 21m-36 ədəd, 13.Kapeksdet Dual 25/500 23m-8 ədəd, 14. Kapeksdet Dual 25/500 24m-47 ədəd, 15.Kapeksdet Dual 25/500 25m-2 ədəd partlayış vasitələri olan mallar aşkar edilmişdir. 02.12.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru X1, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili X6, Şəxs MMC-in etibarnamə üzrə səlahiyyətli şəxsi X2Şəxs MMC-in anbardarı X5 iştirakı ilə akt tərtib edilərək 01.12.2021-ci il tarixli **********8352 nömrəli yük gömrük bəyannaməsində göstərilməyən Kapeksdet Dual 25/500 9m-248 ədəd Kapeksdet SD 25 MS 10m -38 ədəd Kapeksdet Dual 25/500 11 m-335 ədəd Kapeksdet Dual 17/500 13m- 137 ədəd Kapeksdet Dual 25/500 16m-205 ədəd Kapeksdet Dual 17/500 17m - 82 ədəd Kapeksdet Dual 25/500 19m-99 ədəd Kapeksdet Dual 25/500 20 m-63 ədəd Kapeksdet Dual 25/500 21 m- 36 ədəd Kapeksdet Dual 25/500 23m - 8 ədəd Kapeksdet Dual 25/500 24m-47 ədəd Kapeksdet Dual 25/500 25m-2 ədəd mallar Daşkəsən rayonu ərazisində yerləşən "xxxx" MMC-in 3(üç) saylı anbarında toxunulmadan, istifadə edilmədən, təhlükəsiz qaydada saxlanılması üçün Şəxs MMC-in öhdəliyinə verilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 21.12.2021-ci il tarixli, 42-G saylı ekspert rəyindən görünür ki, yuxarıda qiymətləndirilən malların ümumi dəyəri 12489,40 manatdır. Kreks Kimya Sanayi A.S şirkəti ilə Şəxs arasında bağlanmış 06.04.2021-ci il tarixli müqavilədən görünür ki, yuxarıda qeyd olunan malların alqı satqısı müqavilədə göstərilməmişdir. Məhkəmə hesab edir ki Şəxs MMC-nin törətdiyi əməl düzgün olaraq İXM-in 482.1ci və 507-ci maddələri ilə protokollaşdırılmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin qeyd olunan malların şirkət tərfindən onların xəbəri olmadan göndərilməsinə dair göstərdiyi dəlilləri məhkəmə işin müəyyən olunmuş hallarına uyğun hesab etmir. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs şəxs Şəxs MMC törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İXM-in 507-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-49, 114, 15, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 507-ci maddələri ilə təqsirli bilinib, İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 507-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində, yəni 4995,76 (dörd min doqquz yüz doxsan beş manat 76 qəpik) manat inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-28/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-28/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver