Məhkəmə qərarları › İş №3(043)-295/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-295/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-295/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati xəta haqqında qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, EQ5633412 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, EQ5633412 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində inzağati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayət verən şəxs) X3 məhkəməyə ərizə ünvanlayaraq şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırlmışdır ki, SMS məlumatlarında göstərilmişdir ki, sonuncu dəfə ona verilmiş etibarnamə ilə KİA Sorento markalı, 99OE084 qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Heydər Əliyev prospekti ilə “Maxi Market’’ mağazasının qarşısında hərəkətdə olarkən 1.3-cü və 1.11-ci üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tərtib edilmiş EQ ******* nömrəli protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında xx.xx.2021- ci il tarixli elektron qərar çıxarılmışdır. Belə ki, həmin vaxt avtomobili idarə edən mülkiyyətçi X4 olmuşdur. SMS məlumatlarına əlavə edilmiş foto görüntülərdən məlum olur ki, KİA Sorento markalı, 99OE084 dövlət qeydiyyat nişanlı avtomobillə bənzər avtomobil Gəncə şəhəri, Heydər Əliyev prospektində üfiqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək yolun əks istiqamətli hərəkət zolaqlarını ayıran xətti kəsib keçərək M.Füzuli küçəsi istiqamətində hərəkət etmişdir. Az sonra mülkiyyətçi tərəfindən idarə olunan avtomobil həmin küçədən, yəni Məhəmməd Füzuli küçəsindən Heydər Əliyev prospektinə çıxıb sağa dönərək hərəkətini davam etdirmişdir. Həmin vaxt üfiqi nişanlanma xətlərini kəsib keçən avtomobil etibarnamə ilə onun istifadəsinə verilən avtomobil olmamamışdır. Sadəcə olaraq həmin avtomobilin dövlət qeydiyyat nişanı kamera vasitəsilə qeydə alınmadığı və qayda pozuntusundan az sonra onun avtomobilinin eyni küçədən çıxdığını görən əməkdaş üfiqi nişanlama xətlərini kəsib M.Füzuli küçəsinə gedən avtomobilin ona məxsus avtomobil olduğunu zənn edərək əsassız olaraq barəsində qanunsuz qərar çıxarmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 şikayəti qəbul etməyərək göstərdi ki, kamera görüntüsündən müəyyən olunmuşdur ki, KİA Sorento markalı, 99OE084 qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhəri Heydər Əliyev prospekti ilə “Maxi Market’’ mağazasının qarşısında yol hərəkəti qaydalarının 1.1, 1.3 və 1.11 bəndlərinin, üfüqi nişanlanma xətlərininin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qaydanın oxşar avtomobil tərəfindən rozulmasına dair göstədiyi dəlillər tam olaraq əsassızdır. Bununla belə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxin avtomobilin mülkiyyətçi tərəfindən idarə olunması barədə hər hansı bir müraciət olmamışdır. Hesab edir ki, şikayət tamamilə əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, EQ5633412 elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2021-ci il tarixli elektron sistemdən çıxarılan fotoşəkildən və kamera görüntüsünü əks etdirən DVD diskdə olan video görüntüdən məlum olur ki, KİA Sorento markalı, 99OE084 qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhəri, Heydər Əliyev prospekti “Maxi Market’’ mağazasının qarşısında hərəkətdə olarkən üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını pozmuşdur. Məhkəmə inzibati xəta haqqında qərarından şikayət verilmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi təqdim olunmuş materillarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Avtomobilin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən idarə olunmamasına gəldikdə isə məhkəmə qeyd edir ki, şikayətçi bu barədə X9nə müraciət etməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Şikayətdə avtomobilin onun tərəfindən idarə edilmədiyini, digər tərəfdən isə qayda pozuntusunun ona məxsus avtomobilə oxşar avtomollə törədildiyini göstərmişdir. İXM-in 48-ci madəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, EQ5633412 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, EQ5633412 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar