Məhkəmə qərarları › İş №3(043)-296/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-296/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-296/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayət verən şəxs X3 iştirakı ilə, X3 Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Oqtay Süleymanlı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X1 şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Oqtay Süleymanlı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 göstərdi ki, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRXnın MH ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışı ilə mülkiyyət hüququ tanınmış X4 mülkiyyətində olan Gəncə şəhər, Kəpəz rayonu, N.Nərimanov prospekti, bina 33, mənzil 26 ünvanında yerləşən mənzil Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 10-76 nömrəli, xx.xx.2007-ci il tarixli icazəsi ilə iaşə obyektinə çevrilmişdir. Mülkiyyətçi X8 ilə onun arasında həmin əmlaka dair icarə müqaviləsi bağlanmışdır. 8 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2015-ci il tarixdən qeydiyyata alınaraq ona verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********* saylı şəhadətnamə əsasında qeyd olunan obyektdə ərzaq-qida məhsulların istehsalı və satışı ilə məşğul olur. Ölkə ərazisində baş vermiş Covid-19 virusla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 208 saylı Qərarı ilə sərt karantin rejimi elan edilmişdir. Qeyd olunan qərara əlavə əsasında fəaliyyətinə icazə verilən sahələrdən biri də, əlavənin 5.1-ci bəndinə görə ərzaq (qida) məhsullarının satış məntəqəsinə yerində xidmət axşam saat 22:00-dək, online satış və çatdırılma xidməti üçün isə vaxt müəyyən olunmamışdır. Sərt karantin vaxtlarında belə online (pəncərədən) satış və çatdırılma xidmətlərinə məhdudiyyət qoyulmamışdır. O, qeyd olunan qərara əsasən yalnız pəncərədən dönər satışı və çatdırılması ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 24:00-da «Sultan Dönər» iaşə obyektinə polislər daxil olaraq karantin qaydalarının pozulmasını heç bir əsas olmadan yerində protokol tərtib etmədən onun polis idarəsinə gəlməyini bildirdirmişlər, bu isə prosessual qanun pozuntusudur. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onun tərəfindən, yəni «Sultan Dönər» kafesində saat 22:00-dən sonra karantin qaydalarını guya pozduğuna görə onu inzibati məsuliyyətə cəlb edərək İXM-nin 211.1 -ci maddəsinə əsasən 400 manat məbləğində cərimə təyin etmişdir. O, polis əməkdaşlarına həmin vaxt yerində xidmət göstərmədiyini yalnız onlayn satışı ilə məşğul olduğunu bildirsə də qərəzli olaraq barəsində inzibati tənbeq qərarı qəbul edilmişdir. Həmn qərarın heç bir hüquqi əsası olmadığından qərarın ləğv olunmasını və inzibati qəta haqqında iş üzrə ixraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Gəncə şəhər Baş Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən şikayətə qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan:- Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Oqtay Süleymanlı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati qaydada cərimə olunmuşdur. DƏDRX-i tərəfindən verilmiş MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 33 nömrəli binanın 26 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X5 məxsusdur. xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən X2 şəhər, Kəpəz rayonu, N.Nərimanov prospekti, bina 33, mənzil 26 ünvanında yerləşən əmlakı xx.xx.2026-cı il tarixə qədər icarəçi X6 icarəyə vermişdir. xx.xx.2015-ci il tarixli ********** nömrəli VÖEN-in surətindən görünür ki, X7 fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xamaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tədbirlər barədə» 2020-ci il il 19 iyun tarixli, 208 nömrəli və «Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə» 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarında dəyişiklik edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli 294 nömrəli qərarının 3.1-ci bəndində göstərilmişdir ki, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xamaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, say evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilməsinə icazə verilmişdir. Qərarından şikayət verilmiş şəx və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati material üzrə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi Nazirlər Kabinetinin qeyd olunan qərarında ictimai iaşə obyektlərində xidmələrin yerində göstərilməsi yalnız açıq hava sahəsində həyata keçirilməsi ilə şərtləndirilərək saat 22:00-dan sonrakı vaxt üçün məhdudlaşdırılmışdır. Həmin vaxtdan sonrakı vaxtlarda onlayn satışına qadağa qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçi X3 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Oqtay Süleymanlı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Oqtay Süleymanlı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və İXM-in 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar