Məhkəmə qərarları › İş №3(043)-298/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-298/2020

01.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-298/2020 01.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Vüqar Arif oğlunun iştirakı ilə, xx.xx.1980-ci ildə Göygöl şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, Gəncə şəhəri DOS-6, ev 26-da qeydiyyatda olan və yaşayan Cəfərov Vüqar Arif oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y yə n e t d i : Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsi tərəfindən Cəfərov Vüqar Arif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Cəfərov Vüqar Arif oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2019-cu il tarixdə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsi tərəfindən barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Vüqar Arif oğlu maddi imkanı olmadığı üçün cəriməni vaxtında ödəyə bilmədiyini göstərərək, hazırda cəriməni və hesablanmış dəbbə pulunu ödədiyini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Cəfərov Vüqar Arif oğlu xx.xx.2019-cu il tarixli, EQ 1757602 nömrəli qərar üzrə 40 manat cəriməni və ona hesablanmış 24 manat dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Cəfərov Vüqar Arif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı : Cəfərov Vüqar Arif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair EQ 1757602 nömrəli qərar üzrə cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar