Məhkəmə qərarları › İş №3(043)-298/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-298/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-298/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in polis sahə rəisi, polis baş leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə; xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, ev 15 A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində 01.04.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in polis sahə rəisi, polis baş leytenantı X12 tərəfindən protokol tərtib olunmuş ona görə ki, X13 və onun dostu Şəxs Təvvəkül oğlu qabaqcadan əlbir olaraq 29.03.2021-ci il tarixdə ayrı-ayrı vaxtlarda Gəncə şəhər sakinləri olan taksi kimi fəaliyyət göstərən X4 və X5 qarşı dələduzluq edərək sonuncuların ayrılıqda müvafiq olaraq 34 və 42 manat pullarını dələduzluq yolu ilə mənimsəyərək onlara qarşı xırda dələduzluq etmişlər. Buna görə də Şəxs barəsində İXM 227-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in polis sahə rəisi, polis baş leytenantı X12 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından hər iki material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məhkumluğu ödənilməyib, dostu Şəxs taksi xidmətinə sifariş verdiyi, X7 və X8 tərəfindən alınmış dərmanları götürüb aptekə qaytarmışdır və dərmanların aptekə qaytarımasından əldə olunmuş pulu birlikdə xərcləmişlər. Törətdiyi əmələ görə çox peşmandır və maddi imkanı olmadığından hazırda zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri ödəməsi mümkün deyildir. Məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, o, Gəncə şəhəri "Maksim” taksi şirkətində sürücü kimi fəaliyyət göstərir. 29.03.2021-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefondan taksi şirkətinə müştəri zəng etmiş və həmin sifarişi o qəbul etmişdir. Müştəri ilə əlaqə saxladıqda ona aptekdən 34 manat dəyərində olan dərmanlar almağını və həmin dərmanları Gəncə şəhəri Ordubadi küçəsində tanımadığı onun tanışına verməyini istəmişdir. Müştəri bildirmiş ki, dərmanları verdikdən sonra dərmanların pulunu geri almaq üçün onun olduğu yer Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən yarmarkaya getsin. O Gəncə şəhəri Azərittifaqda yerləşən ”DOKTA” aptekdən 34 manatlıq müştərinin dediyi dərmanları almış sonra həmin dərmanları Ordubadi küçəsində 15 nömrəli məktəbin yanında müştərinin bildirdiyi tanımadığı bir nəfər şəxsə vermişdir. Həmin şəxs dərmanı qəbul etdikdən sonra o müştərinin olduğu yer Yeni Gəncə qəsəbəsinə getmiş və onun mobil telefonuna zəng etmişdir. Həmin şəxsin nömrəsinə zəng çatmamışdır. Bundan sonra o aptekə qayıtmışdır. Aptekdə ona məlum olmuşdur ki, dərmanı ona sifariş verən şəxs həmin dərmanları aptekə gətirib qaytarıb və pulu özünə götürmüşdür. Ona məlum olmuşdur ki, ***-***-**-** nömrəli mobil telefonun sahibi onun 34 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Buna görə də, DİN-in 102 xidmətinə daha sonra isə Kəpəz RPİ-nə ərizə ilə müraciət edərək həmin şəxs barəsində şikayətini bildirmişdir. Hazırda ona vurulmuş zərər ödənilməmişdir, dəymiş zərəri ödəyəcəyi halda şikayətçi olmayacaqdır. Məhkəmədən qanuni qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, zərərçəkmiş X8 ona dəymiş zərərin ödənilmədiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu və dəymiş zərərin ödənilməsini bildirərək, hazırda məhkəmə iclasına gəlməsinin mümkün olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxs X3 iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 31 mart 2021-ci il tarixli qərardan görünür ki, X3 və X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, X2 və X3 ayrı-ayrılıqda müvafiq olaraq 34 və 42 manat məbləğində pullarını dələduzluq yolu ilə mənimsəyərək onlara qarşı dələduzluq etmiş qabaqcadan əlbir olan X9 və Şəxs Təvvəkül oğlunun barələrində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Kəpəz RPİ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətə səbəb olan inzibati xətanın X13 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi və eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İşdə materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.01.2021-ci il tarixli, 3(043)-12/2021 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilmişdir. İşdə materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 1(043)-47/2021 saylı hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə məhkum edilməsini və məhkumluğu ödənilmədən yenidən xırda talama inzibati xəta törətməsini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, məsuliyyəti ağırlaşdıran hal kimi isə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini və inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.2 və 33.1.5.-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsə alınmanın əvvəli Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X11 qəbul edildiyi vaxtdan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 02 (iki) ay müddətində inzibati tənbeh növündə həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X11 qəbul edildiyi vaxtdan hesab edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X11 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar