Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-3/2020 08.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, x6 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi x7, Şəxs nümayəndəsi x1 iştirakı ilə, Şəxs (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 11000-2582/19 nömrəli, 19 dekabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Almaniyadan 1734İA nömrə nişanlı nəqliyyat vasitəsində “Qırmızı körpü” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə səhəri. x14 Gömrük İdarəsinə göndərilmiş ”BMV markalı avtomabillər üçün istifadə olunmuş mühərriklər, spidometr, ötürücü qutular, faralar, monitorlar və yan güzgülər“ yükünə dair **********72720 saylı 12.12.2019-cu il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmişdir.**********72720 sayl gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı Gəncə şəhəri QƏBGİ-də aşkar olunmuşdur ki, Şəxs MMC-nin idxal etdiyi yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyənnaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi x9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, hüquqi şəxsin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs nümayəndəsi x3 çıxış edərək bildirdi ki, Şəxs MMC qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada verilməmişdir yəni, "BMV markalı avtomabillər üçün istifadə olunmuş mühərriklər, spidometr, ötürücü qutular, faralar, monitorlar və yan güzgülər“ yükləri gömrük ərazisinə qətirilməzdən əvvəl MMC tərəfindən elektron formada həqiqətən də qısa idxal bəyannaməsi verilməmişdir. Bunun səbəbi malların gömrük sərhəddindən nə vaxt daxil olmasını dəqiq bilmədiklərindən baş vermişdir. Bu səbəbdən qeyd edilən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsinin portala elektron formada verilməmişdir. Buna görə də MMC tərəfindən gömrük qaydaları pozulmasını etiraf etmişdir. İş materiallarında olan 13.12.2019-cu il tarixli raportdan görünür ki, “Şəxs» x4 (**********) ünvanına 1 (bir) avtomaşında daxil olan yük üçün 12.12.2019-cu il tarixində **********2720 saylı GB tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmişdir. Lakin sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru x10 tərəfindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən onların ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-3/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-3/2020
08.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver