Məhkəmə qərarları › İş №3(043)-304/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-304/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-304/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X4 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X3 şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib olunmuş 200 (iki yüz) manat məbləğində cərimə ilə bağlı qərarın ləğv olmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizəsinə xx.xx.2021-ci il tarixli, TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı əlavə etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Şikayətdə göstərilmişdir ki, onun mülkiyyətində “Mercedes C200” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı minik avtomobili var. O, xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi avtomobillə Gəncə şəhərində, Xətai prospektində hərəkətdə olarkən Gəncə şəhər Yolpatrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır, qanunsuz və əsassız olaraq barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında da xx.xx.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan protokol və qərar qanunsuzdur. Belə ki, həyat yoldaşımın xəstəliyi ilə əlaqədar xx xxxxxx 2021-ci il tarixdə o və həyat yoldaşı 3 saat müddətinə SMS icazə alaraq həkim müayinəsinə getmişlər, həkimdən qayıdanda isə yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. O, SMS icazəni və həkimin müayinə kağızını göstərsə də heç bir əsas olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında da inzibati tənbeh edilərək 200 manat məbləğində cərimə edilmişdir. O, heç bir xəta törətmədiyi halda barəmdə inzibati protokol tərtib edilmişdir. O hesab edir ki, qeyd olunan protokol və qərar qanunsuz və yararsız olaraq tərtib olunmuşdur. Belə ki, o heç bir inzibati xəta törətməmişdir. İnzibati protokolun tərtib edildiyi vaxta aid kamera görüntülərinə baxış keçirilsə məlum olacaq ki, həqiqətən heç bir inzibati xəta törətməmişdir. Ona görə də Gəncə şəhər DYPŞ-nin rəisi X2 xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; X1 xx.xx.2021-ci il tarixdə məhkəməyə şikayət versə də şikyət onun tərəfindən imzalanmamış, xx.xx.2021-ci il tarixli qərar barədə daha gec məlumatlandırılması ilə bağlı sübut təqdim etməmiş, qərarın sürətini nə vaxt almasını şikayətində göstərməmişdir. Belə ki, qərarın qəbul edildiyi vaxtdan uzun müddət keçmiş, həmin qərarın İXM-nə uyğun olaraq şikayətçiyə nə vaxt verilməsi barədə hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, X5 tərəfində şikayət imzalanmamış, inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP № ******* saylı qərarı nə vaxt almasını göstərməmiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərardan səlahiyyəti olmayan şəxs tərəfindən müddət ötürülməklə şikayət verilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: X4 xx.xx.2021-ci il tarixli, TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar