Məhkəmə qərarları › İş №3(043)-31/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-31/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-31/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Şəmkir Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli, 2(076)-3490/2018 saylı icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutularq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədini qərəzli olaraq icra etmədiyi üçün 9880 manat borcu yaranmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etmədiyi üçün nəticədə 9880 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3490/2018 saylı 27.09.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 27.08.2018-ci il tarixdən başlayaraq Leyla və Yusifin yetkinlik yaşma çatandək saxlanılmaları üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X3ma ödənilməlidir.İş üzrə borclu Şəxs könüllü icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh icra sənədini icra etməmiş və icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırmışdır.Borclu barəsində müvafiq qaydada sorğular edilmiş və borcluya məxsus heç bir qiymətli əmlak aşkar edilməmişdir. Borclu Şəxs bu günə qədər alimentdən heç bir ödəniş etməmiş, nəticədə onun hal-hazırda 9880 (doqquz yüz min səkkiz səksən) manat borcu yaranmışdır.Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş, lakin borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, işləmədiyi üçün alimenti ödəyə bilməmişdir. Bundan sonra tələbkarın adına kart hesabı açılarsa aliment ödənişi edəcəkdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu uşaqların saxlanılmasına hər hansı bir köməklik etmir. Həmçinin 5 ildir ki, bir manat da olsa belə ödəniş etməmişdir. Qərəzli olaraq alimenti ödəmədiyi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-3490/2018 saylı 27.09.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutularq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir 10.10.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi 10.10.2018-ci il tarixdə icraata qəbul olunmuşdur. 07.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədini icra etməkdən boyun qaçırmış nəticədə 9880 manat aliment borcu yaranmışdır. 10.10.2018-ci il tarixli bildirişin surətindən görünür ki, borclu icra sənədinin icrası ilə bağlı icra idarəsinə dəvət edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək habelə gələcəkdə yenidən inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 07.01.2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar